Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Avqust üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

01 Oktyabr 2019, 08:37 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Avqustun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 269,1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 655,5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 613,6 milyon manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) SalamNews-a bildirilib ki, avqust ayına sektorun aktivlərinin 44,7 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,4 faiz (184,1 milyon manat) artaraq avqustun 31-nə 13 milyard 526,4 milyon manat təşkil edib. Kredit portfelinin 61,5 faizini biznes, 38,5 faizini isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2,4 faiz, biznes kreditləri isə 0,8 faiz artıb. Aktivlərin 45,7 faizni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34,8 faizi xarici valyutadadır.

Avqust ayında fiziki şəxslərin əmanətləri 8 milyard 456,9 milyon manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1,5 faiz (79,7 milyon manat) artaraq avqustun 31-nə 5 milyard 437,1 milyon manat olub. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0,8 faiz (24,8 milyon manat), milli valyutada isə 2.,3 faiz (54,9 milyon manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0,3 faiz (30,3 milyon manat) artaraq 10 milyard 603,4 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 1,3 faiz (32,2 milyon manat) artaraq 2 milyard 543 milyon manat təşkil edib.

Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, məcmu kapital 4 milyard 161,7 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14,9 faiz çoxdur. Balans kapitalı avqust ayı ərzində 0,7 faiz (30,6 milyon manat) artaraq 4 milyard 613,6 milyon manat olub.

Avqustda bankların əməliyyat mənfəəti 17,3 faiz (81,9 milyon manat) artaraq 554,3 milyon manat, xalis mənfəəti isə 13,8 faiz (55,9 milyon manat) artaraq 462,1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,5 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,3 faiz artıb.

Ötən ay məcmu kapitalın adekvatlıq əmsalı 22,7 faiz (minimum normativi 2,3 dəfə üstələyir) təşkil edib. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30 faiz) 1,9 dəfə üstələyir (56,9 faiz). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2,3 faiz və 16,9 faiz təşkil edir.

Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100 faiz təşkil edir. Otuz bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı 2588 olub. Bank sektorunun işçi heyətinin sayında artım avqust ayında da davam edib. Belə ki, avqustda işçi sayı 1,5 faiz (277 nəfər) artaraq 18 min 711nəfər olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşüb

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank DOST Agentliyinin könüllülərinə sertifikatlar verib

Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edəcək

Bakıda IV Bankçılıq Forumu keçirilir

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“AtaBank” ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışlayıb

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Respublikadakı bankomatların sayı 114 ədəd artıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Sentyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

“Kapital Bank” rəqəmsal bankçılıq sahəsində ilkə imza atıb

Dünya Bankı və BVF illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

13 Noyabr 2019, 18:01 (GMT +4)
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

13 Noyabr 2019, 17:50 (GMT +4)
Türkiyə İŞİD-in əsas üzvünün saxlanıldığını açıqlayıb

13 Noyabr 2019, 17:46 (GMT +4)
Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

13 Noyabr 2019, 17:28 (GMT +4)
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

13 Noyabr 2019, 17:12 (GMT +4)
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

13 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə İŞİD terrorçusu olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək

13 Noyabr 2019, 17:07 (GMT +4)
Azərbaycanlı skaut Dünya Skaut Hərəkatı tərəfindən mükafatlandırılıb

13 Noyabr 2019, 17:02 (GMT +4)
Hindistanın Kəşmirə humanitar yardım göndərilməsinə icazə verilməyib

13 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

13 Noyabr 2019, 16:47 (GMT +4)
Suriya Ordusu minalanmış kamikadze maşınını zərərsizləşdirib (FOTO)

13 Noyabr 2019, 16:32 (GMT +4)
Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyin edilib

13 Noyabr 2019, 16:30 (GMT +4)
Azərbaycan komandası «Ən yaxşı səhnəciyi»-nə görə mükafatlandırılıb

13 Noyabr 2019, 16:25 (GMT +4)
Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert  proqramı təqdim edib

13 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib

13 Noyabr 2019, 16:17 (GMT +4)
İndoneziyada terror aktı törədilib

13 Noyabr 2019, 15:53 (GMT +4)
Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

13 Noyabr 2019, 15:32 (GMT +4)
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib

13 Noyabr 2019, 15:24 (GMT +4)
Türkiyənin şərqində "Kıran" əməliyyatının altıncı mərhələsi başlayıb

13 Noyabr 2019, 15:13 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

13 Noyabr 2019, 14:57 (GMT +4)
Almaniya və Hollandiya Türkiyədəki İŞİD terrorçularını qəbul etməyə hazırdır - nazir

13 Noyabr 2019, 14:34 (GMT +4)
Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

13 Noyabr 2019, 14:30 (GMT +4)
“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

13 Noyabr 2019, 14:11 (GMT +4)
Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb

13 Noyabr 2019, 14:01 (GMT +4)
Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib

13 Noyabr 2019, 13:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66