Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

«Akademik Zərifə Əliyeva» gəmi-bərəsində genişmiqyaslı təlim keçirilib (VİDEO)

01 Oktyabr 2019, 17:37 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews.ASCO-un «Akademik Zərifə Əliyeva» gəmi-bərəsində Dənizdə Üzmə Təhlükəsizliyi Xidməti və üçüncü tərəf audit xidməti tərəfindən genişmiqyaslı təlim keçirilib. Bu təlim üç – ümumi gəmi həyəcanı, yanğınla mübarizə və gəmini tərk etmə istiqamətində aparılıb.

Ümumi gəmi həyəcan siqnalı – Hər hansı hadisə baş verdiyi zaman gəmi heyətinin toplanma yerinə yığılması üçün ümumi gəmi həyəcan siqnalı verilir. Bu zaman hadisə tam dəqiqləşənədək heyət toplanma yerində növbəti təlimatı gözləməlidir. Heyət toplantı yerinə mütləq şəkildə xilasedici jilet və digər lazımi ləvazimatla gəlir. Baş köməkçi heyəti toplantı yerində “heyət siyahısına” görə yoxladıqdan sonra gəminin kapitanına məruzə edir. Bu, çox önəmlidir. Çünki, zərər çəkmiş varsa, həmin şəxsin xilası üçün əmin olmaq lazımdır.

Yanğın həyəcan siqnalı – Gəmidə hər hansı bir bölgədə yanğın olduqda (miqyasından asılı olmayaraq) dərhal yanğın həyəcan siqnalı verilir. Bu zaman kəşfiyyat qrupu hərəkə keçir. Gəmidə iki istiqamətdə kəşfiyyat qrupu formalaşdırılır: göyərtə və mühərriklər bölməsi üzrə

Bu qruplardakı kəşfiyyatçılar yüksək səviyyədə təlim keçmiş gəminin bölmələri üzrə mütəxəssislərdən ibarət olur. Yanğınla mübarizəyə kəşfiyyat qrupunun rəhbəri başçılıq edir. Bu, adətən kapitanın ikinci köməkçisi olur. O, BKP (baş komanda postu) ilə daim əlaqə saxlayır, kəşfiyyat qrupunun hazırlığı haqqında məruzə edir və qrupun yanğın yerinə düzgün geyinərək, hər bir avadanlığı götürərək, bir sözlə, heç nəyi yaddan çıxarmayaraq getməsini təmin edir. Kəşfiyyat qrupunun kəşfiyyata getməsini ancaq kapitan təsdiqləyir. Kəşfiyyat qrupu öz növbəsində yanğın yerindən hər dəqiqə məlumatı ikinci köməkçiyə ötürür, ikinci köməkçi bu məlumatları BKP-ya məruzə edir. Nəticədə, ikinci köməkçi BKP-nin verdiyi təlimatları kəşfiyyat qrupuna ötürür və kəşfiyyatçıların bu təlimatları dəqiq başa düşmələrindən əmin olur.

Gəmini tərk etmə siqnalı – Çıxış yolu qalmadıqda, yanğını söndürmək mümkün olmadıqda və ya hər hansı başqa səbəbdən gəminin batma təhlükəsi və ya batması zamanı qəbul olunan, yalnız gəminin kapitanının verdiyi qərardır. Bu zaman yenə də kapitanın göstərişinə əsasən xilasedici qayıq və ya xilasedici sal (çox vaxt da hər iki xilasetmə vasitəsi) heyətin gəmidən evakuasiyası üçün hazırlanır və suya buraxılır. Gəmidə “xilas etmə cədvəli”- nə əsasən, heyət cədvəldəki nömrələrə uyğun həmin xilasetmə vasitələrində yerlərini tutur.

Qeyd edək ki, ASCO-nun həm Dəniz Nəqliyyatı Donanmasına, həm də İxtisaslaşdırılmış Donanmasına aid gəmilərində bu cür təlimlər mütəmadi keçirilir. ASCO sədri Rauf Vəliyevin nəzarətində olan təlimlər nəticəsində heyətin baş verə biləcək hadisələrə hazırlığı artırılır. Bu da, yüklərin və sərnişinlərin təhlükəsiz daşınmasını, əməliyyatların təhlükəsizlik qaydalarına uyğun icra edilməsini şərtləndirir. Bütün bunlar isə, ASCO-nun imicinin yüksəlməsinə, regionda daha etibarlı bir şirkətə çevrilməsinə gətirib çıxarır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASCO-da “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib

ASCO bu il dəniz və quruda formalaşmış 42 min tona yaxın çirkab məişət-təsərrüfat suyunu kənarlaşdırıb

ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

ASCO-da Avstraliya və Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

“ASCO-Dənizçi” Moskvada mini-futbol turnirində ikinci yeri tutub

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman klubuna yeni qayıqlar alınıb (FOTO)

ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini başa çatdırıblar

ASCO-nun xarici sularda üzən “Şair Vaqif” gəmisi əsaslı təmir edilib

ASCO küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da ABŞ rəsmiləri ilə görüş keçirilib

“Satti” üzən qazma qurğusu ASCO-nun gəmiləri vasitəsilə Azərbaycana yedəklənib

ASCO “TransCaspian 2019” sərgisində təmsil olunur

ASCO 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

ASCO iki açıq müsabiqə elan edib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da sıravi heyətin işə qəbulu ilə əlaqədar müsahibə mərhələsi keçirilib

ASCO “TransRussia-2019” sərgisində Azərbaycana məxsus milli pavilyonda təmsil olunur

ASCO-nun “Şüvəlan” təchizat-yedək gəmisi təmir olunub

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

05 Dekabr 2019, 15:04 (GMT +4)
Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var

05 Dekabr 2019, 14:54 (GMT +4)
Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

05 Dekabr 2019, 14:53 (GMT +4)
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir 

05 Dekabr 2019, 14:23 (GMT +4)
Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:20 (GMT +4)
Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66