Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

02 Oktyabr 2019, 16:02 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir.

QSC-dən SalamNews-a bildirilib ki, 2018-ci ildə qurumun geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılıb.

Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilib. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanıb və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilib. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaq. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AzerGold" tədavülə istiqrazlar buraxacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

“AzerGold” istiqraz buraxmağa hazırlaşır

"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib

"AzerGold" "Daşkəsən" yatağında geoloji kəşfiyyat işlərinə başlayır

“AzerGold” QSC birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

“AzerGold” Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC və tərəfdaşları ucqar kənd ailələrinə yardım edib

“AzerGold” QSC qanvermə aksiyası keçirib

“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti toplantısı keçirilib

“AzerGold” QSC-nin nümayəndələri MATSA mədəni ilə tanış olublar

"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66