ABŞ-da bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub03 Oktyabr 2019, 14:10 (GMT +4) Bakı, 3 oktyabr, SalamNews. ABŞ-da İkinci Dünya Müharibəsi B-17 bombardmançı təyyarəsinin Konnektikut ştatının Bredley beynəlxalq hava limanında qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
Bu barədə yerli mətbuat xəbər verir.
Rəsmilərin verdiyi məlumata görə, təyyarədə 10 sərnişin və üç heyət üzvü olmaqla 13 nəfər olub.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Qəza anında hava limanı ərazisində olan bir nəfər də xəsarət alıb.
|