Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AFFA “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı bəyanat yayıb

04 Oktyabr 2019, 12:12 (GMT +4)

Bakı, 4 oktyabr, SalamNews.AFFA UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda keçirilən “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı bəyanat yayıb.

SalamNews AFFA-nın saytına istinadla xəbər verir ki, bəyanatda oyunun 30-cu dəqiqəsində “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dronun peyda olduğu vurğulanıb. Qeyd edilib ki, üzərində separatçı qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən çox yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib.

Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun İdman naziri insidentə görə ölkəsinin hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.

“Futbol qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır. Ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.

AFFA “Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür edir. Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət!

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, bir milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. “Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda - təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!”, - deyə bəyanatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AFFA Uroş Matiçə görə "Qarabağ"ı cərimələyib

AFFA klubları cərimələyib

AFFA klubları cərimələyib

AFFA hakimi vuran məşqçiyə 20 oyunluq cəza verib

AFFA VAR sisteminə görə FİFA ilə müzakirələr aparacaq

AFFA "Səbail" və "Kəpəz"i cərimələyib

AFFA İcraiyyə Komitəsinin iclası olacaq

AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

AFFA türkiyəli futbolçular üçün TFF ilə danışıqlar aparır

AFFA erməni futbolçunun təxribatçı hərəkəti ilə bağlı müraciət edəcək

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak ediblər

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA AFFA-ya başsağlığı verib

AFFA yeni şirkətlə razılığa gəlib

AFFA klublara toplar təqdim edib

AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

AFFA hüquqi tənzimləmələr üzrə Təlimat hazırlayıb

25 Fevral 2021, 11:30 (GMT +4)
KOBİA: "Fintech"in tətbiqi "kölgə iqtisadiyyatı"ndan çıxmağa imkan verir

25 Fevral 2021, 11:22 (GMT +4)
İmam Əlinin məqbərəsi mövlud münasibətilə bəzədilib (VİDEO)

25 Fevral 2021, 11:20 (GMT +4)
Si Tzinpin Çində yoxsulluq üzərində "tam zəfər" əldə edildiyini elan edib

25 Fevral 2021, 11:10 (GMT +4)
MN Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər yayıb (VİDEO)

25 Fevral 2021, 10:51 (GMT +4)
ABŞ hökuməti vəd etdiyi kimi Yəmənlə bağlı siyasətini dəyişməyib – Yəmənin Ənsarulla hərəkatı

25 Fevral 2021, 10:50 (GMT +4)
Bayden Trampın Kubaya qarşı sanksiyalarının müddətini uzadıb

25 Fevral 2021, 10:50 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

25 Fevral 2021, 10:34 (GMT +4)
Premyer Liqada 17-ci turun oyunları keçirilir

25 Fevral 2021, 10:30 (GMT +4)
ETSN: Ən aşağı temperatur göstəriciləri şimal-şərq rayonlarında olub

25 Fevral 2021, 10:16 (GMT +4)
ABŞ BMT İnsan Haqları Şurasına geri qayıdır

25 Fevral 2021, 10:15 (GMT +4)
Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb

25 Fevral 2021, 10:10 (GMT +4)
“Turan Tovuz” “Qaradağ Lökbatan”la heç-heçə edib - (VİDEO)

25 Fevral 2021, 10:05 (GMT +4)
Səudiyyənin vəliəhdi Bin-Salman əməliyyat olunub

25 Fevral 2021, 10:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

25 Fevral 2021, 09:53 (GMT +4)
Maduro Avropa Birliyinə ultimatum verib

25 Fevral 2021, 09:45 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

25 Fevral 2021, 09:39 (GMT +4)
“Tottenhem” Avroliqanın 1/8 finalına yüksəlib - (VİDEO)

25 Fevral 2021, 09:30 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışıb

25 Fevral 2021, 09:20 (GMT +4)
"Barselona" Messinin dublu ilə qalib gəlib - (VİDEO)

25 Fevral 2021, 09:17 (GMT +4)
Gürcüstan hökuməti administrasiyasının rəhbəri istefa edib

25 Fevral 2021, 09:15 (GMT +4)
Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb

25 Fevral 2021, 09:10 (GMT +4)
Rusiya hərbi təyyarələri İŞİD-ə 12 hava zərbəsi endirib

25 Fevral 2021, 09:00 (GMT +4)
"Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub edib - (VİDEO)

25 Fevral 2021, 09:00 (GMT +4)
Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük

25 Fevral 2021, 08:31 (GMT +4)
Gürcüstanın Marneoli rayonunda İmam Əlinin mövludu münasibətilə mərasim keçirilib (FOTO)

25 Fevral 2021, 00:00 (GMT +4)
İslam dünyası İmam Əlinin (ə) mövlud gününü qeyd edir

24 Fevral 2021, 22:33 (GMT +4)
Venesuela Avropa İttifaqının səfirini ölkədən çıxarıb

24 Fevral 2021, 22:22 (GMT +4)
İran və Cənubi Koreya XİN rəhbərləri bloklanmış yeddi milyad dollarla bağlı danışıqlar aparıblar

24 Fevral 2021, 20:13 (GMT +4)
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

24 Fevral 2021, 18:00 (GMT +4)
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66