Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

07 Oktyabr 2019, 17:30 (GMT +4)

Bakı, 7 oktyabr, SalamNews. Azərbaycan Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491 683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb. Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergi ödəyicisində 472 914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505 200 manat dəyərində əmlak siyahıya alınıb.

Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.

Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-cı məhəllə ev 9c, 507-ci küçədə yerləşən "Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr" Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15.482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 25 200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18 768,96 manat borcuna görə əmlak siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.

“Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək”, - deyə Nazirlikdən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib

Türkiyəyə səyahət edəcək turistlərdən vergi toplanacaq

Azərbaycanda eyni vergi cinayətini 2-ci dəfə törətmiş şəxs həbs edilib

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib

Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Livanda Whatsapp-a tətbiq edilən vergilər kütləvi etiraz aksiyalarına səbəb olub

Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

Vergi ödəyicilər üçün “Vergi dərsi” adlı yeni rubrika açılıb

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər naziri: Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil

11 Dekabr 2019, 10:47 (GMT +4)
Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum edib

11 Dekabr 2019, 10:40 (GMT +4)
Əfqanıstanda ABŞ qərargahı yaxınlığında partlayış törədilib, azı 50 yaralı var

11 Dekabr 2019, 10:26 (GMT +4)
Tramp Rusiya ilə dialoqun davam edəcəyinə ümid etdiyini bildirib

11 Dekabr 2019, 10:17 (GMT +4)
Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb

11 Dekabr 2019, 09:55 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

11 Dekabr 2019, 09:45 (GMT +4)
BMT Aramko-ya edilən hücumun İran tərəfindən həyata keçirilməsini isbat edə bilməyib

11 Dekabr 2019, 09:38 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanının keçmiş konsuluna sanksiya tətbiq edir

11 Dekabr 2019, 09:32 (GMT +4)
Əlcəzairdə sabiq baş nazirlər həbs ediliblər

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda plastik tullantılardan Yeni il ağacı hazırlanıb

11 Dekabr 2019, 09:12 (GMT +4)
Demokratlar Trampa qarşı ittihamlar səsləndirib 

11 Dekabr 2019, 09:00 (GMT +4)
Bakıda valieynlərin uşaqlara işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66