Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib (FOTOLAR)

08 Oktyabr 2019, 11:37 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews.Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkənin meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.

Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilən ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.

Saxlanılan şəxslər barəsində Baş İdarədə Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

"Qeyd edək ki, Quba Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar", DİN-dən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

Məkkə-Mədinə yolunda zəvvar avtobusu yanıb - Azı 35 nəfər həlak olub (FOTO)

Qusarda yeni qadın resurs mərkəzi açılıb

Suriya Ordusu Türkiyə sərhədində yerləşən strateji Kobani şəhərinə daxil olub (VİDEO)

"Azərsun Holdinq" mükafata layiq görülüb

Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib

ABAD kəndlərdə yaşayan qadınlara böyük dəstək verir

XİN İsveçrədə fəaliyyət göstərən “Kuhner Fondu”nun üzvlərinin adını "qara siyahı"dan çıxarıb

Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

İran-Azərbaycan sərhədində insident baş verib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Türkiyə cənub sərhədindən narahatdırsa bunun həlli yolu Suriyaya hücum deyil - Cavad Zərif

Nazirlik: Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

XİN polşalı jurnalistin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

İranda son 40 ildə ilk dəfə olaraq qadınlar kişilərlə birgə futbol stadionuna buraxılıb

XİN Almaniya vətəndaşının adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

Bloomberg: Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayır

17 Oktyabr 2019, 18:21 (GMT +4)
Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

17 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb

17 Oktyabr 2019, 17:50 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çinə səfər edəcək

17 Oktyabr 2019, 17:44 (GMT +4)
Şəmkirdə 58 kq mənşəyi məlum olmaya ətin satışının qarşısı alınıb

17 Oktyabr 2019, 17:33 (GMT +4)
Bəşər Əsəd ilk dəfə olaraq Türkiyənin əməliyyatına münasibət bildirib: «Təcavüzə cavab verəcəyik»

17 Oktyabr 2019, 17:31 (GMT +4)
Rusiya XİN Dövlət Duması deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

17 Oktyabr 2019, 17:24 (GMT +4)
Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

17 Oktyabr 2019, 17:20 (GMT +4)
Ankarada Rəcəb Tayyib Ərdoğan ilə Mayk Pensin görüşü başlayıb

17 Oktyabr 2019, 17:17 (GMT +4)
Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

17 Oktyabr 2019, 17:06 (GMT +4)
Sumqayıtda zenit top mərmisi aşkarlanıb

17 Oktyabr 2019, 17:05 (GMT +4)
Səudiyyə son 2 ayda ilk dəfə olaraq neft gəmisini husilərin olduğu bölgəyə buraxıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Ankara: Suriyadakı terrorçular kimyəvi silahdan istifadə edə bilərlər

17 Oktyabr 2019, 16:34 (GMT +4)
Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

17 Oktyabr 2019, 16:20 (GMT +4)
Filippində 6,4 bal gücündə zəlzələ baş verib

17 Oktyabr 2019, 16:19 (GMT +4)
Türkiyədə azərbaycanlı zəhərlənmə nəticəsində ölüb 

17 Oktyabr 2019, 16:10 (GMT +4)
Şagird idarəetmə sistemi yaradılıb

17 Oktyabr 2019, 16:09 (GMT +4)
Suriyada ABŞ nəzarətində qalan hərbi qərargahların sayı açıqlanıb

17 Oktyabr 2019, 16:06 (GMT +4)
Xaçmazda narkotacirlər tutulub

17 Oktyabr 2019, 16:04 (GMT +4)
Merkel Türkiyəyə silah tədarükünün planlaşdırmadığını açıqlayıb

17 Oktyabr 2019, 16:02 (GMT +4)
“Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

17 Oktyabr 2019, 15:56 (GMT +4)
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

17 Oktyabr 2019, 15:42 (GMT +4)
Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

17 Oktyabr 2019, 15:38 (GMT +4)
Regionlardakı gənc qızlar sahibkarlığa cəlb olunacaqlar

17 Oktyabr 2019, 15:36 (GMT +4)
"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

17 Oktyabr 2019, 15:25 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

17 Oktyabr 2019, 15:18 (GMT +4)
ABŞ vitse-prezidenti Ankaraya gəlib

17 Oktyabr 2019, 15:16 (GMT +4)
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

17 Oktyabr 2019, 15:15 (GMT +4)
Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

17 Oktyabr 2019, 15:10 (GMT +4)
AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66