Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UNEC Yunanıstanda ilk Məzun Günü keçirib

09 Oktyabr 2019, 15:41 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. UNEC ilə Qərbi Makedoniya Universiteti arasında imzalanan beynəlxalq əməkdaşlıq memorandumuna əsasən birgə magistr proqramı 3 ildir davam edir. Birgə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatlar aparılıb. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5 (beş) il müddətinə uzadılıb.

Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Yunanıstanın Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının ilk Məzun Günü keçirilib və məzunlara diplomlar təqdim olunub.

Yunanıstanın Kastoriya şəhərində keçirilən Məzun Günündə UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids magistratura üzrə birgə diplom proqramının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, birgə magistr proqramının məqsədi, beynəlxalq əmək bazarında, o cümlədən Avropa əmək bazarında yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Proqramı bitirənlər Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə edə biləcəklər. Birgə proqramda iştirak edən magistrlər müqaviləyə əsasən, həm də təqaüdlə təmin olunublar.

Tədbirdə birgə diplom proqramının hər iki ölkə arasında təhsil, elm və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin UNEC-lə Qərbi Makedoniya Universiteti arasında bakalavr təhsili üzrə mübadilə və ikili diplom proqramlarının da reallaşdırılmasının mümkünlüyü qeyd edilib və bu istiqamətdə işlərə başlamağa dair qərar verilib.

Məzun Günündə çıxış edən millət vəkili Fazil Mustafa, Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Eldar Əliyev, Yunanıstan parlamentinin üzvləri Zısıs Tzıkalagıas, Olympıa Telıgıorıdou, Baş nazirin Selanikdəki ofisinin rəhbəri Antonıou Marıa, Təhsil nazirinin ali təhsil üzrə müavini cənab Digalakis, Bodosaki Fondunun TAP layihəsi üzrə maliyyə meneceri Jenny Lazarou, TAP-AG layihəsinin (Trans Adriatik Boru Kəməri) Qərbi Makedoniya üzrə meneceri Mıchalıs Goslıopoulos, “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramının direktoru Siskos Evangelos və digər çıxış edənlər birgə magistr proqramının hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. İlk dəfə olaraq həyata keçirilən birgə proqram çərçivəsində UNEC-in Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirməsini tarixi uğur adlandırıblar.

Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar Yunanıstan vətəndaşı olan 34 magistr məzuna təqdim edilib.

Qeyd edək ki, UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən yeganə xarici universitet olmaqla, Yunanıstanda da birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşulacaq

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib

UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də Startap günləri keçiriləcək

UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı keçiriləcək

KPMG şirkətinin UNEC-də növbəti karyera günü keçirilib

XİN-in mətbuat katibi UNEC-də mühazirə keçib

UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb

UNEC-də yeni qaydalar təsdiqlənib

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

16 Oktyabr 2019, 13:30 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

16 Oktyabr 2019, 13:20 (GMT +4)
Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

16 Oktyabr 2019, 13:11 (GMT +4)
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16 Oktyabr 2019, 12:59 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

16 Oktyabr 2019, 10:22 (GMT +4)
Ərdoğan Putinlə telefon danışığı keçirib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66