Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

ABŞ İranı Ermənistan ərazisindən necə izləyir...

09 Oktyabr 2019, 16:37 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. İran-ABŞ münasibətləri hər gün pisləşir, bu isə Yaxın Şərq üçün yeni  "kiçik qalibiyyət" müharibəsi ilə nəticələnə bilər.

SalamNews xəbər verir ki, bu yay mətbuatın diqqəti İranın Hörmüz Boğazında xarici gəmiləri ələ keçirməsinin nəticələrinə,  sentyabrda isə Vaşinqtonun Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" zavodlarına hücumda Tehranı ittiham etməsinə yönəlmişdi.

Hal-hazırda müşahidəçilər Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı söhbətin yayımından sonra Ağ Evin qarşısında yaranan çətinliklər fonunda yeni bir gərginlik olacağını gözləyirlər.

Bu fonda, keçən ildən bəri ABŞ və İran xüsusi xidmət orqanları arasında müharibə daha da şiddətlənib. Gərginlik, iranlılar Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluqda ittiham edilən 17 nəfəri həbs etdikdən sonra kuliminasiya nöqtəsinə  çatır. Bu cəsusların bir hissəsinin İranla qonşu olan Ermənistan ərazisindən fəaliyyət göstərdiyi bildirilirdi.

Sentyabr ayında, diplomatik pərdə altında ABŞ-ın Ermənistandakı səfirliyindən İrana qarşı işləyən Amerika cəsuslarının siyahısı internetə düşüb (www.yerkramas.org/article/158625/video-armeniya--arena-protivostoyaniya-specsluzhb-ssha-i-irana).

Məqalədə Mərkəzi Kəşfiyyat İdarəsi(CİA), Milli Təhlükəsizlik Agentliyi (NSA) və Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (RUMO)  zabitlərinin siyahısı dərc edilib:

- Rafiq Mansur, səfirin müavini. CIA zabiti, ABŞ Milli Hərbi Kollecinin məzunu. Ərəb, rus, fransız və italyan dillərini bilir. Yaxın Şərq üzrə mütəxəssis. 2016-cı ilin iyulundan  səfirlikdə çalışır;

- Ceyms Tompson, polkovnik, Birləşmiş Ştatlar Müdafiə nazirliyinin əməkdaşı.  ABŞ Müdafiə Nazirliyinin bioloji laboratoriyaları şəbəkəsinin Ermənistan ərazisindəki  fəaliyyətinə  nəzarət edir; 2018-ci ilin avqustundan səfirlikdə çalışır;

-Metyu Çaylds, həqiqi adı  Xaçatryan, səfirliyin üçüncü katibi, vitse-konsul. CIA rezidenti.  Homoseksualdır, LGBT fəalları ilə işi kordinə edir.  2017-ci ilin iyunundan Ermənistandadır;

- Robert Anderson, ABŞ səfirliyinin birinci katibi, CIA iqamətgahının  fəaliyyətlərinə cəlb edilib, qeyri-hökumət təşkilatlarının işini kordinə edir, 2017-ci ilin avqustundan Ermənistandadır;

-Ceyms Korno,  NSA əməkdaşıdır,  Həyat yoldaşı, səfirliyin birinci katibi Meri Aleksandrın diplomatik statusu altında çalışır. Cütlük, Ceymsin texniki kəşfiyyat sistemlərinin xidməti  üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyi Gürcüstan və Azərbaycan ərazilərinə dəfələrlə səfər edib. 2017-ci ilin iyulundan Ermənistandadır;

- Kevin Tehan, səfirliyin attaşesi, NSA əməkdaşıdır,   2018-ci ilin iyun ayından Ermənistandadır;

- Metyu  Petit, səfirliyin birinci katibi, RUMO əməkdaşı dır, ABŞ Müdafiə Nazirliyinin Ermənistandakı bioloji laboratoriyaları şəbəkəsinin işinə nəzarət etməklə məşğuldur. 2018-ci ilin iyulundan bəri səfirlikdədir;

- Nikolas Brayers, NSA əməkdaşıdır,  səfirliyinin ikinci katibi olan həyat yoldaşı - SomerBessayr Brayersin   diplomatik statusu altında işləyir. 2016-cı ilin avqustundan Ermənistandadır;

- Kristofer Ellis, səfirliyin ikinci katibi, NSA əməkdaşıdır,  2018-ci ilin iyulundan Ermənistandadır;

- Dana Əl-İbrahim və Tuve Flauden  "əməliyyatçı cütlük",  Dana - səfirliyin ikinci katibi, CIA əməkdaşı, Yaxın Şərq üzrə ekspert, fars dilini bilir,  Tuve- NSA əməkdaşıdır.  2017-ci ilin avqustundan Ermənistandadırlar;

- Stiven Laboski, səfirlik attaşesi, CIA rezidenti.  2016-cı ilin avqust ayından Ermənistandadır;

- Kristofer Reys, səfirliyin ikinci katibi, CIA rezidenti.  2018-ci ilin iyulundan Ermənistandadır;

- Timoti Mitçel, səfirliyin attaşesi, RUMO-nun əməkdaşı, daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin texniki işçisi kimi çalışıb. 2017-ci ilin avqustundan Ermənistandadır;

- Leo Jilk, səfirliyin ikinci katibi, CIA rezidentidir,  İran üzrə mütəxəssisdir.  Həyat yoldaşı  Murvarid Abdiani, iranlıdır, CIA üçün çalışır. Cütlük 2017-ci ilin mayından Ermənistandadır;

- Marko Marks, CIA rezidenti, həyat yoldaşı - səfirliyin birinci katibi Elizabet Kuşenin diplomatik statusu altında fəaliyyət göstərir. 2018-ci ilin iyun ayından Ermənistandadır;

- Rayan Kempbel,  səfirliyin birinci katibi, CIA əməkdaşı,  2018-ci ilin avqustundan Ermənistandadır;

- Nikolas Higgins, səfirliyin birinci katibi, CIA əməkdaşı , 2018-ci ilin avqustundan Ermənistandadır;

- Adam Meyson,  səfirliyin ikinci katibi, CİA-nın əməkdaşı. 2018-ci ilin iyun ayından Ermənistandadır;

- Şeyn Spellman, ikinci katib, səfirliyin vitse-konsulu. CIA əməkdaşı. 2018-ci ilin mayında Ermənistandadır;

- Corc Vayz,  səfirliyin ikinci katibi, CIA əməkdaşı, 2018-ci ilin noyabrından Ermənistandadır;

- Alexandro Pedraza və mayor Çed Myurrou, ABŞ-ın Ermənistandakı hərbi attaşesinin köməkçiləridir, Rusiya və İran üzrə də  olmaqla  hərbi məlumatlar toplayırlar.

Beləliklə, ABŞ-ın  İrəvandakı səfirliyi yalnız Vaşinqtonun postsovet məkanında ən böyük diplomatik nümayəndəliyi  deyil, eyni zamanda CIA, NSA və RUMO-nun Qafqazdakı  iri  iqamətgahıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

16 Oktyabr 2019, 13:30 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

16 Oktyabr 2019, 13:20 (GMT +4)
Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

16 Oktyabr 2019, 13:11 (GMT +4)
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16 Oktyabr 2019, 12:59 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66