Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda Türkiyə təcrübəsinin geniş tətbiqinə başlanılır

09 Oktyabr 2019, 19:36 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. Bu gün Türkiyə Sənaye və Texnologiyalar Nazirinin müavini Hasan Büyükdədə və Türk Standartları İnstitutunun sədri Adəm Şahinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

SalamNews xəbər verir ki, səfər ərzində nümayəndə heyəti ölkəmizdə isthsal olunan, idxal və ixrac olunan oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması ilə məşğul olan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib.

Tədbiri salamlama ilə açan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov bildirib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. O, Azərbaycanda azad sahibkarlıq üçün qurulan münbit şəraitdən, ölkəmizdə istehsal olunan məhsulların yerli və beynəlxalq standartlara uyğun istehsalından, məhsulların dünya bazarına ixracından və tətbiq edilən standartlaşdırma sistemindən danışıb. O həmçinin rəhbərlik etdiyi qurum haqqında məlumat verərək bildirib ki, “Azesert” Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastukrutunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur.

AZESERT Sertifikatlaşdırma Orqanı İCAS ilə birlikdə "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyini yaradıblar.
O, həmçinin bildirib ki bu qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz TSE-nin laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq ki, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir. Qurum rəhbəri həmçinin ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini bildirib. 

Türkiyə Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə çıxış edərək Azərbaycana səfərindən məmnun qaldığını bildirib, Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlərin daha da genişləndiriləcəyindən əmin olduğunu bildirb.

Sonra çıxış edən Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin yeni yaradılacaq “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, bu orqan Türkiyə və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühim rol oynayacaq və nəticədə TSE-nin 65 illik təcrübəsi İCAS vasitəsilə Azərbaycanda geniş tətbiq ediləcək.

Görüş zamanı TSE-nin geniş təcrübəsindən yararlanmaq, hər iki ölkənin sertifikatlaşdırma orqanları arasında əlaqələrin genişləndirilməsi, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.

Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə iş adamları və başqa qonaqlar iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Fevral 2020, 18:00 (GMT +4)
Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

24 Fevral 2020, 17:52 (GMT +4)
İsrailin Dəməşqə hücumunda iki fələstinli hərəkatçının həlak olduğu bildirilib

24 Fevral 2020, 17:42 (GMT +4)
Sumqayıtın nəqliyyat sistemində yenilik edilib

24 Fevral 2020, 17:38 (GMT +4)
Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

24 Fevral 2020, 17:30 (GMT +4)
AzTU-nun tələbəsi Avrasiya çempionu olub

24 Fevral 2020, 17:25 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı beşə çatıb

24 Fevral 2020, 17:17 (GMT +4)
Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri sərhəd məntəqələrində olublar

24 Fevral 2020, 17:10 (GMT +4)
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

24 Fevral 2020, 16:57 (GMT +4)
BBC News: "Brexit" səbəbiylə İngiltərə vətəndaşlarının pasportunun rəngi dəyişəcək

24 Fevral 2020, 16:43 (GMT +4)
Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

24 Fevral 2020, 16:36 (GMT +4)
İraqda İŞİD liderinə yaxın 3 terrorçu məhv edilib, yeddisi ələ keçib

24 Fevral 2020, 16:35 (GMT +4)
İrandan Azərbaycana gələn iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

24 Fevral 2020, 16:29 (GMT +4)
Azərbaycan universitetlərinin sərgisi keçirilib

24 Fevral 2020, 16:23 (GMT +4)
Artur Rasizadə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

24 Fevral 2020, 16:19 (GMT +4)
Assanj ABŞ-a ekstradisiyası ilə bağlı iclas üçün London məhkəməsinə gəlib

24 Fevral 2020, 16:11 (GMT +4)
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 Fevral 2020, 15:59 (GMT +4)
Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:58 (GMT +4)
Texasda baş verən atəşma nəticəsində 7 nəfər xəsarət alıb

24 Fevral 2020, 15:40 (GMT +4)
Tramp ABŞ-ın Hindistana 3 milyard dollar dəyərində hərbi vertolyot və avadanlıq verəcəyini açıqlayıb

24 Fevral 2020, 15:29 (GMT +4)
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar (RƏSMİ)

24 Fevral 2020, 15:26 (GMT +4)
Aviazərbələrə cavab olaraq, Qəzzadan İsrailə raketlər atılıb

24 Fevral 2020, 15:12 (GMT +4)
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

24 Fevral 2020, 14:50 (GMT +4)
AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq

24 Fevral 2020, 14:36 (GMT +4)
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

24 Fevral 2020, 14:29 (GMT +4)
Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:25 (GMT +4)
İranda koronavirusa yoluxanlardan ikisi sağalaraq evə buraxılıb

24 Fevral 2020, 14:25 (GMT +4)
Naxçıvan Ali Məclisinə sədr seçilib

24 Fevral 2020, 14:15 (GMT +4)
"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

24 Fevral 2020, 14:10 (GMT +4)
Çin səfiri koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

24 Fevral 2020, 13:55 (GMT +4)
ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66