İran saxlanılan rusiyalı jurnalisti azad edib10 Oktyabr 2019, 10:26 (GMT +4) Bakı, 10 oktyabr, SalamNews, B.Samid. İran cari ayın ikisində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki azad edib.
SalamNews xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi bəyanat verib.
Bildirilib ki, artıq Yuliya Yuzik azad edilib və Tehranı Moskva istiqamətdə tərk edib.
Qeyd edək ki, mətbuat Y. Yuzikin İsrailə cəsusluqda ittihamlandırılaraq tutulduğunu bildirmişdi.
Lakin daha sonra İran rusiyalı jurnalistin saxlanılma səbəbinin cəsusluq deyil, viza ilə bağlı olduğunu bildirib.
Xatırladaq ki, Rusiya XİN səfir Mehdi Sənayini Xarici İşlər Nazirliyinin binasına çağıraraq, İranda saxlanılan jurnalist Yuliy Yuzikla bağlı açıqlama istəyib.
|