Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şabranda 25 km uzunluğunda avtomobil yolu yenidən qurulur

10 Oktyabr 2019, 14:41 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews.Şabranda 25 km uzunluğunda avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.

Torpaq yatağının tikintisi bitən kimi optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işlərinə başlanılıb.

Marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa, 2 yerdə düzbucaqlı su keçidi, həmçinin 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihə üzrə yerinə yetirilib.

Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 25 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

16 Oktyabr 2019, 13:30 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

16 Oktyabr 2019, 13:20 (GMT +4)
Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

16 Oktyabr 2019, 13:11 (GMT +4)
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16 Oktyabr 2019, 12:59 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66