Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

10 Oktyabr 2019, 11:47 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNewsAzərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib.

Konsorsiumun təsis olunması haqqında müqavilə Bakıda keçirilmiş 3-cü “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “PAŞA Bank”, “B.EST Solutions” və magistral internet provayder “AzerTelecom” şirkəti arasında imzalanıb.

Konfransda çıxış edən “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev konsorsiumun dövlət və özəl sektor arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.

“Konsorsiumun qurulması Azərbaycanın regionda rəqəmsal qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verəcək. “AzerTelecom” şirkəti olaraq istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Konsorsiuma dəstəyin verilməsinə hazırıq”, - deyə F.Allahverdiyev qeyd edib.

“AzerTelecom” şirkətinin rəhbəri, həmçinin şirkət tərəfindən Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı barədə danışıb.

Bildirib ki, proqramın məqsədi Azərbaycanın hazırkı sahib olduğu enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirmək, iri infrastruktur layihələrini icra etmək və son nəticədə Azərbaycanın İKT sisteminin inkişafı, rəqəmsal ekosistemin formalaşmasına nail olmaqdır.

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılması haqqında 4 tərəfli müqavilə ilk dəfə olaraq “ASAN İmza” vasitəsilə onlayn olaraq imzalanıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-dək nümayəndə iştirak edib.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqramın reallaşması ölkənin milli IT və milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

16 Oktyabr 2019, 13:30 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

16 Oktyabr 2019, 13:20 (GMT +4)
Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

16 Oktyabr 2019, 13:11 (GMT +4)
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16 Oktyabr 2019, 12:59 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66