Türkiyə məscidlərində Suriyadakı əməliyyatın uğurlu olması üçün dualar edilib10 Oktyabr 2019, 12:45 (GMT +4) Bakı, 10 oktyabr, SalamNews. Türkiyə məscidlərində ölkə ordusunun Suriyada başladığı "Barış pınarı"nın uğurlu keçməsi üçün dualar oxunub.
SalamNews xəbər verir ki, məscidlərdə quranın ilk surəsi "əl-Fatihə"dən ayələr oxunub.
Türkiyə Diyanət İşləri İdarəsinin təşəbbüsü ilə məscidlərə toplaşan möminlər Suriyada antiterror əməliyyatının uğurlu keçməsi üçün dua edib.
Sübh namazından sonra İstanbulun ən böyük tarixi məscidi "Fatih"də də dualar edilib.
|