İraq baş naziri gələn həftə nazirlər kabinetində ciddi dəyişikliklər vəd edib10 Oktyabr 2019, 15:05 (GMT +4) Bakı, 10 oktyabr, SalamNews, B.Samid. İraq baş naziri etiraz aksiyalarının tələblərini və korrupsiya ilə addımları nəzərə alaraq, gələn həftə nazirlərindən bəzilərini dəyişəcəyini bildirib.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu İraq baş naziri Adil Əbdül-Mehdi deyib.
İraq baş naziri bildirib ki, o gələn həftə nazirlər kabinetində dəyişikliklər barədə proqramı parlamentdə qaldıracaq və parlamentdən bu dəyişikliyin qəbul edilməsini istəyəcək.
Qeyd edək ki, İraq baş nazirinin bu addımı ölkədə etiraz aksiyalarının tələblərinə cavab olan ilk siyasi addımdır. İraq baş naziri bundan əlavə iqtisadi vəziyyətin yaxşılışdırılması və korrupsiya ilə mübarizə haqda da vədlər verib.
Carı ayın ilk həftəsində İraqda baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı 104 nəfər həyatını itirib.
|