Zelenski Putinlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib10 Oktyabr 2019, 15:40 (GMT +4) Bakı, 10 oktyabr, SalamNews. Ukrayna lideri Vladimir Zelenski ukraynalıların Rusiyadan alınması ilə bağlı prezidenti Vladimir Putin ilə birbaşa danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.
SalamNews bu barədə RT-yə istinadən xəbər verir.
"İşləyən daha biri (format. - red.) var. Rusiya Federasiyasının prezidenti ilə vətəndaşlarımızın geri qaytarılması və mübadiləsi ilə bağlı birbaşa danışıqlara hazıram. Nəticənin olduğunu gördüm, buna hazıram", deyə dövlət başçısı jurnalistlərlə söhbətində deyib.
Daha əvvəl Zelenski, "hamının bunun əleyhinə olduğu üçün" Putinlə görüşünün planlaşdırılmadığını bildirmişdi.
|