Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

QMİ sədri Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib

10 Oktyabr 2019, 17:46 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews. Oktyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüş zamanı QMİ sədri səfirə noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Sammiti barədə ətraflı məlumat verib, Patriarxın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərdən danışıb.

Səfir, öz növbəsində, Gürcüstan Baş Nazirinin Azərbaycana dünənki uğurlu səfəri barədə təəssüratlarını Şeyxülislamla bölüşüb.

Daha sonra Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələri barədə söhbət olub. Bildirilib ki, tarixin sınaqlarından keçmiş bu əlaqələr hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz və dini liderlərin müdrikliyi sayəsində yüksək səviyyəsini qoruyub saxlaya bilib. QMİ sədri Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirib. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələ müzakirə olunub və Patriarxın Şeyxülislam A. Paşazadəyə ünvanlı son məktubu ətrafında da fikir mübadiləsi olub. Səfirlə söhbətində QMİ sədri Keşikçidağ məsələsinin dövlətlərarası xarakter daşıdığını vurğulayaraq, məsələnin Azərbaycanın suverenliyi çərçivəsində, müvafiq hökumətlərarası komissiyalar tərəfindən Azərbaycan-Gürcüstan xalqları və dövlətləri arasında mövcud ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirib.

Bu əsnada, Şeyxülislam səfirə Patriarx II İliya həzrətlərinin bu ilin may ayında verdiyi, Gürcü Patriarxlığının rəsmi vebsaytında yer alan bəyanatını xatırladıb. Bir neçə ay bundan əvvəl Keçikçidağ kompleksi ətrafında yaranmış məsələ ilə bağlı açıqlamasında Patriarx II İliya bildirib ki, “təəssüflər olsun ki, baş verənləri analiz edərkən, Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır... Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”.

Dəvətə görə Şeyxülislam A.Paşazadəyə təşəkkür edən səfir Keşikçidağ ətrafındakı məsələnin hökumətlərarası komissiyalar tərəfindən həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını bildirib. Yekdil qənaətə gəlinib ki, bu kimi məsələləri qızışdıran kənar qüvvələr məkrli niyyətlərə xidmət edirlər. Səfir hansısa maraqlı qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı sahədə xələl gətirməsinə imkan verilməyəcəyini vurğulayıb və bu işdə Azərbaycan və Gürcüstan dini liderlərinin müdrikliyinə əmin olduğunu bildirib. Görüşün sonunda səfir Şeyxülislamın salamlarını və görüş barədə məlumatları Patriarx II İliya həzrətlərinə şəxsən yetirəcəyini diqqətə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub

QMİ din xadimlərinə xəbərdarlıq edib

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

QMİ sədri: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

QMİ rəsmisi: Qurban bayramının xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

QMİ qurban kəsimi ilə bağlı tövsiyələrini açıqlayıb

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

QMİ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

15 İyul 2020, 15:25 (GMT +4)
ABŞ xarici tələbələrin vizaları ilə bağlı qərarı ləğv edib

15 İyul 2020, 15:17 (GMT +4)
MN: Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib (VİDEO)

15 İyul 2020, 14:49 (GMT +4)
Qüdsdə İsrail baş nazirinə qarşı aksiyada azı 50 etirazçı saxlanılıb (VİDEO)

15 İyul 2020, 14:42 (GMT +4)
Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

15 İyul 2020, 14:41 (GMT +4)
NATO: Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri narahatlıqla izləyirik

15 İyul 2020, 14:20 (GMT +4)
Türk Şurası Ermənistanın Azərbaycana qarşı təxribatını qınayıb

15 İyul 2020, 14:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 199 nəfərin ölümü qeydə alınıb

15 İyul 2020, 14:01 (GMT +4)
Azərbaycanda sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib

15 İyul 2020, 13:47 (GMT +4)
Rusiyada son sutkada 6,4 min yeni COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

15 İyul 2020, 13:45 (GMT +4)
Prezident şəhid hərbi qulluqçuların ailə üzvləri ilə telefonla danışıb (FOTOLAR)

15 İyul 2020, 13:20 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 900 mini keçib

15 İyul 2020, 13:08 (GMT +4)
Səudiyyə Yəmənin əl-Couf əyalətinə aviazərbələr endirib, azı 9 ölü var

15 İyul 2020, 13:01 (GMT +4)
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

15 İyul 2020, 12:44 (GMT +4)
Reuters: ABŞ hüquq firması "Google"ı məhkəməyə verib

15 İyul 2020, 12:29 (GMT +4)
İran nüvə sazişinin imzalanması öldünümündə Avropa dövlətlərinə çağırış edib

15 İyul 2020, 12:24 (GMT +4)
Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

15 İyul 2020, 12:21 (GMT +4)
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 4 il ötür

15 İyul 2020, 12:11 (GMT +4)
“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

15 İyul 2020, 11:57 (GMT +4)
İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

15 İyul 2020, 11:48 (GMT +4)
İdlibdə Türkiyə-Rusiya post patruluna hücumu «Xəttab əş-Şişani» qruplaşması öhdəsinə götürüb (FOTO)

15 İyul 2020, 11:40 (GMT +4)
Şəhid gizir Yaşar Babayev son mənzilə yola salınıb (FOTOLAR)

15 İyul 2020, 11:37 (GMT +4)
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib

15 İyul 2020, 11:30 (GMT +4)
Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

15 İyul 2020, 11:12 (GMT +4)
Ərdoğan və Tramp Liviyada sabitliyi təmin etmək üçün əməkdaşlıq barədə razılığa gəliblər

15 İyul 2020, 11:08 (GMT +4)
Nazirlik: Daha 44 müəllim müddətsiz işləmək imkanı qazanıb

15 İyul 2020, 10:55 (GMT +4)
Azərbaycanda indiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

15 İyul 2020, 10:42 (GMT +4)
Ərdoğan Aya Sofiyanın statusunun dəyişdirilməsini “səhvin düzəldilməsi” adlandırıb

15 İyul 2020, 10:39 (GMT +4)
Qasim Süleymaninin xələfi ABŞ aviadaşıyıcısındakı yanğına münasibət bildirib

15 İyul 2020, 10:37 (GMT +4)
ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

15 İyul 2020, 10:26 (GMT +4)
AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66