Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

"İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib

10 Oktyabr 2019, 17:56 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews. Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu" adlı layihə çərçivəsində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı Ictimai Birliyi tərəfindən çap olunmuş "İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib.

SalamNews-un məlumatına görə, tədbirdə qeyd olunub ki, kitab bir neçə gün bundan əvvəl nəfis tərtibatla işıq üzü görüb.

Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələrin yer aldığı vurğulanıb.

Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihənin aktuallığından və əhəmiyyətindən söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu kimi layihələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb: "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətin inkişafında çox mühüm uğurlara imza atıb. Bu birlik hər zaman aşıq sənətinə xüsusi diqqəti ilə seçilib. Bilirsiniz ki, aşıq sənəti daha qədim tarixi keçmişə malikdir. Bu sənət həmişə qəhrəmanlığı tərənnüm edib və hər kəsi qəhrəmanlığa, mübarizəyə səsləyib. İllərdir müharibə şəraitində yaşayan Azərbaycan xalqı üçün qəhrəmanlıqdan bəhs edən sənət əsərləri əhəmiyyət kəsb edir. Torpaqları işğal altında olan xalqımız böyük bir qəhrəmanlığa susayıb. Ona görə də bu gün təqdimatını keçirməkdə olduğumuz kitabın ərsəyə gəlməsi təqdirəlayiqdir. Bu kitabda bizim yaşadığımız hisslər tərənnüm olunub. Hesab edirəm ki, gənclər arasında da vətənpərvərlik hissini artırmaq lazımdır. Bu kitab həm də bu missiyaya xidmət edir".

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, aşıq sənəti bu gün Azərbaycanda kifayət qədər inkişaf edib: "Dövlətimiz tərəfindən də aşıq sənətinə hər zaman diqqət və qayğı göstərilib. Bu gün ölkəmiz həm də beynəlxalq əhəmiyyətli mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu da dövlət başçımızın Azərbaycanda mədəni sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir. Bizim bu kitabı çıxarmaqda məqsədimiz qəhrəmanlığa, vətənpərvərliyə diqqətin artırılmasıdır. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında qəhrəmanlıq dastanları xüsusi yer tutur. Elə buna görə də bizim Ictimai Birlik mütəmadi olaraq aşıq sənətinin təbliği ilə məşğuldur".

Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil isə aşıq adının hər kəsə verilməsinin əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ad müqəddəs olduğu üçün hər yoldan ötənə aşıq deyilməməlidir: "Bu gün hər yetənə aşıq adı verilməsi düzgün deyil. Təsəvvür edin ki, Aşıq Ədalətlə yanaşı, filankəsin də aşıq olması qəbahətdir. Mən Aşıqlar Birliyinə müraciət edirəm ki, bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar".

Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sözügedən layihəsini təqdirəlayiq hesab edib.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı Azərbaycan xalqının xeyli sayda şəhid verdiyini xatırladıb. Vurğulayıb ki, xalqımız öz şəhidləri ilə fəxr etməlidir: "Xüsusən də, gənc nəslin nümayəndələri şəhidlərimizlə fəxr etməlidirlər. Bu gün təqdimatına toplaşdığımız kitabda da əsasən qəhrəmanləq tərənnüm olunub. Biz arzu edirik ki, gənclərimiz qəhrəmanlıq dastanlarından ruhlanıb torpaqlarımızı yağı düşmən işğalından geri alsınlar".

G.Azaflı "İndi hünər meydanıdır" adlı şeiri səsləndirib.

Daha sonra Ağamurad İsrafilov və digərləri çıxış edərək bu kitabın xüsusilə də gənc nəslin vətənpərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, aşıq sənətinin mühüm tərkib hissəsi olan dastançılıq - dastan yaratmaq və söyləmək ənənəsi bu gün də yaşayıb günümüzün reallıqlarına uyğun olaraq yeni-yeni dastanlar yaranır.

Bildirilib ki, çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihənin də əsas məqsədi həm də diqqəti hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir. Həmçinin qeyd olunub ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin son illərdə mədəniyyətimizin inkişafı, xüsusilə də aşıq sənətinin təbliği və inkişafı naminə çox mühüm layihələrə imza atır.

Tədbirin sonunda ustad aşıqlar müxtəlif aşıq havaları üstündə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Qeyd edək ki, layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçi "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri Qənbər Qurbanov, rəyçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Günümüzün ustad aşıqları Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud Məmmədov, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva, Əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Fətulla Əliyev, Sərdar Məmmədovla yanaşı gənc aşıqların da poetik yaradıcılığına müraciət olunan kitabda çağdaş aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi mövzusunda yazdıqları şeirlərlə yanaşı bu mövzuda yaratdıqları dastan da yer alıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADY: Bakı-Sumqayıt-Bakı marşrutunda sərnişin sıxlığı iki dəfə artıb

“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

Ermənistan SQ-nin Baş qərargah rəisi Nalbadyanın açıqlamasına etiraz edib

"ADY Express" "Şimal-Cənub" marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib

Türkiyə prezidentinin HHQ üzrə adyutantı saxlanılıb 

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

“ADY Express”in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

16 Oktyabr 2019, 13:30 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

16 Oktyabr 2019, 13:20 (GMT +4)
Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

16 Oktyabr 2019, 13:11 (GMT +4)
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16 Oktyabr 2019, 12:59 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66