Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

11 Oktyabr 2019, 17:16 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub.

SalamNews xəbər verir ki, tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 3 strateji hədəf və 9 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi tədbirləri zəruri addımlar kimi qeyd edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb. İslahatların nəticəsi olaraq, investisiya məlumat bankı yaradılıb. Biznes proseslərini tənzimləyən prosedurların daha da sadələşdirilməsi ilə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb: “2019-cu ilin yanvar-avqust aylarında 2018-ci ilin müvafiq dövri ilə müqayisədə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Həmçinin, emal sənayesi üzrə hazır metal məmulatlarının istehsalı 59,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz artıb. Mədənçıxarma sənayesi üzrə metal filizlərinin hasilatı 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən 11, 2 faiz artıb.
Eyni zamanda, müvafiq dövr ərzində sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Sənaye və quraşdırma, avtomatlaşdırma, avtomobil, dağ-mədən işləri üzrə mütəxəssis və digər müxtəfil növ sənaye sahələri üzrə peşə təhsili proqramları hazırlanıb. 2019-cu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 7, 3 faiz artaraq 1 012, 1 manat olub.”

Müzakirə zamanı qeyd edilib ki, yüngül, yeyinti, kimya, tikinti və digər emal sənayesi sahələrinin və mədənçıxarma sənayesinin inkişafı ağır sənaye və maşınqayırma sənayesinin hazır məhsulları olan istehsalat xətləri, maşın və avadanlıqlar, müxtəlif dəzgahların və digər məhsulların intensiv inkişafından asılıdır. 2019-cu ilin yanvar-iyun aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (32, 4%), neft məhsullarının istehsalı (25, 5%) və tikinti materiallarının istehsalı (6, 6%) təşkil edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Tarif (qiymət) Şurası, Müdafiə Sənayesi Nazirliyinin və digər dövlər qurumlarının nümayəndələri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “Video icmal” təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

İtaliya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi işçi qəbulu elan edib

Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi qaydası təsdiq edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişiklik edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni tədqiqata başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə icraçı direktor təyin edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müstəqil iqtisadçı və sosioloqlar cəlb olunmalıdır - iqtisadçı

Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66