Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AİRA Bakıda masterklass təşkil edib

11 Oktyabr 2019, 18:25 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. Azərbaycan İnsan Resursları Assosiasiyasının və MERCER-in birgə təşkilatçılığı ilə “Vəzifə və peşə qiymətləndirilməsinin beynəlxalq metodologiyası” ("İnternational Position Evaluation (IPE) Methodology") mövzusunda masterklass keçirilib. Qısa vaxt ərzində tədbirə böyük maraq müşahidə edilib və uğurla tamamlanıb.

SalamNews xəbər verir ki, masterklassın hədəf auditoriyası mükafatlandırma, istedadların idarə olunması, insan resursları sahələrində çalışan, habelə bu istiqamətdə ixtisaslaşmaq istəyən şəxslər olub.

Proqramda aşağıdakı mövzular müzakirə edilib:

- Mercer IPE-nin təməl konsepsiyası barədə ilkin məlumat;
- Mercer IPE-nin əsasını təşkil edən 5 təməl faktorun praktiki nümunələr vasitəsilə izahı;
- Təşkilati rolların müəyyənləşdirilməsi və iş təsvirlərinin (vəzifə təlimatı) hazırlanma qaydası barədə məlumatlandırma;
- İş analizinin təşkilati struktur, əməyin ödənilməsi dərəcəsi və karyeranın idarə olunması alt sistemlərinə göstərdiyi təsirlərin müəyyənləşdirilməsi.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində tanınan və istifadə edilən Mercer IPE, davamlı araşdırmalar vasitəsilə daim təkmilləşdirilməkdə olan bir metodologiyadır. Dünyanın 50-dən çox ölkəsində təqribən 700 təşkilat tərəfindən lisenziyalaşdırılmış bu xüsusi metodologiya pozisiyaların və onları tutan şəxslərin müəyyən edilən strateji hədəflərə çatmaq üçün rolunu və müəssisə üçün təmin etdiyi dəyəri ölçmək məqsədilə istifadə olunur.

Mercer IPE metodunu digər metodlardan fərqləndirən başlıca xüsusiyyət odur ki, o, iş analizini yalnız tələb olunan ümumi bilik və bacarıqlara əsasən deyil, qərarvermə prosesi zamanı lazım ola biləcək digər faktorlara əsasən həyata keçirə bilir.

Masterklass insan resurslarının idarə edilməsi və konsaltinq sahəsində 30 illik təcrübəsi olan Okan Sezer tərəfindən keçirilib. Okan Sezer istedadların idarə edilməsi, mükafatlandırma və informasiya həlləri xidməti üzrə 2017-ci ildən MERCER-də rəhbər vəzifədə çalışır. Əvvəllər isə menecment, mühəndislik, enerji, avtomatlaşdırma, istehlak elektronikası, təhsil və insan resursları idarəçiliyi sahəsində müxtəlif institutlarda, habelə Schneider, Eldor Korporasiyası və digər təşkilatlarda qlobal CHRO kimi vəzifələrdə fəaliyyət göstərmişdir.

Tədbirin sonunda bütün iştirakçılar dünyanın insan resursları konsultasiyası üzrə 1 nömrəli şirkəti statusunu qazanan MERCER tərəfindən beynəlxalq sertifikatla təltif ediliblər. Masterklass ingilis dilində aparılıb və eyni zamanda Azərbaycan dilinə sinxron tərcümə ilə reallaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AİRA-nın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçirilib (FOTOLAR)

AİRA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda yeni qurum yaradılıb - AİRA

Xilasedicilər "AirAsia" təyyarəsinin “qara qutu"larınının siqnalını qeydə alıblar

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66