Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

11 Oktyabr 2019, 18:48 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz üzvləri üçün Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin iştirakı ilə “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir təşkil edib.

SalamNews xəbər verir ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

İlk öncə AmCham-ın İcraçı direktoru Natəvan Məmmədova tədbirin açılış nitqini söyləyərək qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Daha sonra söz alan AmCham-ın prezidenti cənab Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən AmCham vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır. Ardınca N.Kərimov tədbirin xüsusi qonağı Vüsal Şıxəliyevi iştirakçılara təqdim edərəkonu tribunaya dəvət etmişdir.

Cənab Şıxəliyev ilk olaraq, biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edərək, dəvət üçün AmCham-ın rəhbərliyinə və üzvlərinə öz təşəkkürünü bildirib. O, daha sonra biznes mühitinin yaxşılaşdırılmasındarəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid Platforma (Dövlət-Biznes Dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir. Vüsal Şıxəliyev bildirib ki, qeyd olunan Platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir.

V.Şıxəliyev həmçinin qeyd edib ki, biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında bilavasitə və yaxından iştirak etməsi həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə, həm də onlar tərəfindən biznes prosesinin proqnozlaşdırılmasına geniş imkanlar yaradır. Diqqətə çatdırılıb ki, bu məqsədlə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya daxilində investisiya mühitin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılmışdır. Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommunikasiyası prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər dövlət-biznes dialoqu platforması çərçivəsində daimi və bərabərhüquqlu üzvlər kimi cəlb olunması və s. kimi bir sıra üstün cəhətləri vardır.

Tədbirin sonunda AmChamın rəhbərliyi və üzv şirkətlərin nümayəndələri ilə səmərəli müzakirə aparılmış və gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mikayıl Cabbarov “AmCham Azərbaycan”nın üzvləri ilə görüşüb

"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib

AmCham koronavirusla mübarizəyə dəstək verir

Ülvi Mehdiyev AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

Birinci vitse-prezidentin köməkçisi “AmCham”ın üzvləri ilə görüşüb

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

AmCham AZSIĞORTA-nın sədrini mükafatlandırıb

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

06 Avqust 2020, 16:35 (GMT +4)
Daşkəsəndə dəmir filizi yatağı istismara veriləcək

06 Avqust 2020, 16:17 (GMT +4)
Fransa prezidenti Emanuel Makron Beyruta gedib

06 Avqust 2020, 16:03 (GMT +4)
Paytaxtda yeni məktəb binaları inşa olunur

06 Avqust 2020, 15:37 (GMT +4)
Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

06 Avqust 2020, 15:23 (GMT +4)
Dünya miqyasında koronavirusa yoluxanların sayı 19 milyonu ötüb

06 Avqust 2020, 15:20 (GMT +4)
Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

06 Avqust 2020, 14:54 (GMT +4)
DİN: "İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub

06 Avqust 2020, 14:26 (GMT +4)
Azərbaycan Ordusunda keçirilən andiçmə mərasimində valideynlərin iştirakı qadağan edilib

06 Avqust 2020, 14:23 (GMT +4)
İranda koronavirusa yoluxan 320 min nəfərdən 277 mini sağalıb

06 Avqust 2020, 14:04 (GMT +4)
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

06 Avqust 2020, 13:39 (GMT +4)
Türkiyə xarici işlər naziri qarşıdurmaların yaşandığı Liviyaya gedib

06 Avqust 2020, 13:25 (GMT +4)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

06 Avqust 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

06 Avqust 2020, 12:51 (GMT +4)
İcra hakimiyyəti Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirib

06 Avqust 2020, 12:39 (GMT +4)
2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edilib

06 Avqust 2020, 12:38 (GMT +4)
Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb

06 Avqust 2020, 12:22 (GMT +4)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

06 Avqust 2020, 12:15 (GMT +4)
Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

06 Avqust 2020, 11:50 (GMT +4)
Abşeron rayonunda 23 küçə və yol təmir edilir 

06 Avqust 2020, 11:39 (GMT +4)
Cavad Zərif «Google translate»nin İran-Livan xalqlarının əlaqələrilə bağlı «təxribatı»ndan yazıb (VİDEO)

06 Avqust 2020, 11:35 (GMT +4)
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib

06 Avqust 2020, 11:20 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

06 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

06 Avqust 2020, 10:57 (GMT +4)
Beyrut partlayışı nəticəsində ölənlərin sayı 135-i keçib

06 Avqust 2020, 10:37 (GMT +4)
AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

06 Avqust 2020, 10:25 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

06 Avqust 2020, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 35 dəfə pozub

06 Avqust 2020, 09:46 (GMT +4)
Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

06 Avqust 2020, 09:31 (GMT +4)
Ayətullah Xamenei Livan hökuməti və xalqına başsağlığı verib

06 Avqust 2020, 09:31 (GMT +4)
KİVDF-nin icraçı direktoruna ağır itki üz verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66