Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsi Azərbaycanda məişət zorakılıqları ilə bağlı açıqlama yayıb

12 Oktyabr 2019, 12:14 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlərlə əlaqədar açıqlama yayıb.

SalamNews xəbər verir ki, açıqlamada deyilir:

"Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda 50-yə yaxın təlim keçirilib, seminarlar təşkil olunub, tövsiyələr verilib.

Komitənin 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində 300-ə yaxın müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlərdə iştirakçılara ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları və s. barədə məlumat verilib, çap məhsulları paylanılıb, qısametrajlı filmlər göstərilib.

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Komitə müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görülüb.

Komitə olaraq çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Bu məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı 8 rayonda Qadın Resurs Mərkəzləri yaradılıb.
Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac vardır. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib. Və cari ilin oktyabr ayında “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə bağlı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Konfrans təşkil edilib. “Gender Əsaslı Zorakılıqla Mübarizə Sahəsində Qurumlararası Əlaqələndirmə Şurasının Yaradılması” və “Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı”nın hazırlanması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər ictimaiyyətə təqdim edilib.

Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Bundan irəli gələrək, məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur. Bu təhlillərin nəticəsində isə maarifləndirmə təlimlərinin hədəfləri müəyyən edilir.

2017- ci ildə BMT-nin Əhali Fondu ilə birgə keçirdiyimiz “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES) kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Həmin təhlilin nəticələrinə əsasən kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: Öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür. “GEM” Şkalasına əsasən gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. 2018-ci ildə BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqat aparılıb və 2019-cu ildə onun ictimaiyyətə təqdimatı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkənin müxtəlif televiziya və internet kanallarında məişət zorakılığı mövzusunda çəkilən verilişlərdə ekspertlərin iştirakını təmin edir, eyni zamanda, İctimai Televiziyada yayımlanan “Müzakirə vaxtı” verilişində “Qadın və Zorakılıq” mövzusu ekspertlərin iştirakı ilə müzakirə olunub. Bu iş davam etməkdədir.

Biz yalnız dövlət qurumları və təşkilatlarla deyil, həm də vətəndaşlarla əməkdaşlıq şəklində işləyirik. Sosial şəbəkədəki hesablarımıza zorakılıq hadisələri ilə bağlı gələn mesajlar onu göstərir ki, cəmiyyətimiz də artıq bu problemə öz mövqelərini göstərməyə hazırdılar. Bu səbəbdən də fəal olan hər bir vətəndaşımıza təşəkkür edirik və demək istəyirik ki, fikirləriniz bizim üçün önəmlidir və cəmiyyət üçün faydalı olan ideyaları dəstəkləməyə hər zaman hazırıq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsrail Qəzzada 8 nəfərlik ailəni öldürdüyünü etiraf edib, BMT araşdırma tələb edib

İcra başçısı Vuqar Zeynalov şəhid ailəsi ilə görüşüb (FOTO)

Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

Qəzzaya aviazərbələrdən sonra İsrailə onlarla raket atılıb (VİDEO)

İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

Alman məmur azərbaycanlı ailəyə istefa edir

“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün meyvə bağları salınır

Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır

ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib

Bakıda aztəminatlı ailələr üçün məntəqə istifadəyə verilib (FOTO)

Nazirlik: 70 mindən çox aztəminatlı ailə ünvanlı sosial yardım alır

İranda bir rusiyalı jurnalist İsrailə cəsusluq ittihamı ilə saxlanılıb - KİV

Paşinyan: Sarkisyan və Koçaryanın ailəsi talan edilmiş milyonları geri qaytaracaq

Aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verilir

Fələstin Rusiyadan İsrailə təzyiqlərin göstərilməsini istəyib

Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək

243 ailə ilk dəfə olaraq yeni qayda ilə güzəştli mənzilə sahib olub

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

16 Noyabr 2019, 12:32 (GMT +4)
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66