Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib12 Oktyabr 2019, 12:31 (GMT +4) Bakı, 12 oktyabr, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti və gərginliyin azaldılması imkanlarını müzakirə ediblər.
SalamNews -un “Exo Kafkaza" saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Armenpress”ə müsahibəsində Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.
“Sədrlik edən tərəfin təşəbbüsü ilə təşkil olunan şam yeməyində yerlər əlifba sırası ilə təşkil olunduğundan Əliyev və Paşinyan yanyana oturdu və fikir mübadiləsi aparıb söhbət etdi. Əsasən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud vəziyyət, gərginliyin azaldılması imkanları və bundan sonra atılacaq addımlar barədə müzakirələr aparılıb", - deyə Karapetyan bildirib.
Baş nazirin sözçüsü söhbətin 1,5-2 saat davam etdiyini qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.
|