Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:45 (GMT +4)

Hacıqabul , 12 oktyabr, SalamNews, K.Orxan.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi uğurla icra edilməkdədir.

SalamNews xəbər verir ki, icra edilən layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və BMTİP layihə komponentlərindən biri olan aqro-turizmin ölkədə inkişafına dəstək olmaq məqsədi ilə “Nar vadisi” aqroturu təşkil edilib.

Hacıqabul rayonunun Meyniman kəndində yerləşən “Red Valley” MMC-ya məxsus olan fermer təsərrüfatında təşkil edilmiş aqroturda ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

BMT İP-in Rezident Nümayəndəsi Alessandro Fracassetti və "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin Sədri Leyla Məmmədova qonaqları salamlayıb. Daha sonra “Red Valley” MMC-nin direktoru Rəşad Şirin şirkət haqqında təqdimat edib.

Səfər edilən fermer təsərrüfatı ölkəmizin rəmzlərindən biri olan nar bitkisinin yetişdirilməsi ilə məşğuldur. Tur çərçivəsində yerli və xarici qonaqlar respublikada fərdi sahibkar tərəfindən seleksiya yolu ilə yaradılmış yerli nar sortları ilə tanış olmuş, onlara ölkəmizdə narçılığın vəziyyəti, nar məhsulunun keyfiyyəti barədə məlumat verilmişdir.

Qeyd edək ki, nar təsərrüfatlarına bu cür turların təşkili Azərbaycan narının təbliği, ölkəmizdə narçılığın, o cümlədən qeyri-neft sektorunun yeni və perspektivli sahəsi olan aqroturizmin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb

“Aqrar Tədarük və Təchizat” ASC-də qida təhlükəsizliyi mövzusunda təlim keçirilib

“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub

Nazir: Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

22 Noyabr 2019, 13:46 (GMT +4)
Bakıda yağan yağışın sabah tədricən kəsiləcəyi gözlənilir

22 Noyabr 2019, 13:26 (GMT +4)
Quba, Qusar və Xızı rayonlarına qar yağıb

22 Noyabr 2019, 13:25 (GMT +4)
Türkiyə xüsusi xidmət orqanları Suriyada Rusiyadakı terror hücumlarının təşkilatçısını saxlayıb

22 Noyabr 2019, 13:02 (GMT +4)
Ağ Ev: Tramp impiçmentin Baydenin iştirakı ilə Senatda keçirilməsini gözləyir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66