Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

14 Oktyabr 2019, 12:24 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews.Oktyabrın 13-də Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak ediblər.

Baş Assambleyanın Türk Şurasının Zirvə Görüşü ərəfəsində keçirildiyini deyən Şuranın Baş katibi Bağdad Amreyev bildirib: “Zirvə Görüşü öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparır və əməkdaşlıq üçün yeni yolları müzakirə edirlər. Bir sözlə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasındakı mövcud əməkdaşlıqda yeni səhifə açır”.

Azərbaycanın Baş Assambleyanın Bakıda keçirilməsini təklif etdiyini vurğulayan B.Amreyev deyib: “Baş Assambleyada Türk Şurası Gənclər Platformasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün Fəaliyyət Planının və Zirvə Görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur”.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyasının Bakıda keçirilməsi tarixi hadisədir. Bu hadisə ölkələrimiz arasında mövcud əməkdaşlıqda yeni bir səhifə açır. Əminəm ki, platforma çərçivəsində əməkdaşlığımız birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclərin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. Bildiyiniz kimi, Baş Assambleya Türk Şurasının Zirvə Görüşü ərəfəsində keçirilir. Əminəm ki, belə görüşlər ənənə halını alacaq və davamlı olacaq. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, “Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik”.

A.Rəhimov, həmçinin bildirib: “Bizi birləşdirən bir sıra dəyərlər var. Bunlar bizim soykökümüz, ortaq mədəniyyətimiz və tariximizdir. Hazırda baş verən hadisələr dünyanın yeni bir mərhələyə keçdiyini deməyə əsas verir. Hadisələrin gedişi bizdən daha sürətli inteqrasiya tələb edir. Türk Şurası hamımız üçün yaxşı bir fürsət və alternativsiz bir platformadır. Əminəm ki, Gənclər və İdman nazirlərinin toplantılarında verdiyimiz qərarlar xalqlarımız arasında əsrlərboyu mövcud olmuş sıx əlaqələrin daha da möhkəmlənməsinə sürətli təkan verəcəkdir”.

“Bu günədək İstanbul (2016), Bakı (2017) və Astanada (2018) Gənclər və İdman nazirlərinin üç toplantısı keçirilib. Türk Şurasında bu istiqamətdə daimi işçi qrupu fəaliyyət göstərir. 2015-ci ilin fevralından Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığa başlanılıb. Bu müddət ərzində biz birlikdə böyük yol keçmişik. Görülən işlərə baxdıqda əməkdaşlığın düzgün istiqamətdə getdiyini əminliklə söyləyə bilərik”, - deyə nazir vurğulayıb.

Tədbir gənclər təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycana hücumlarını pisləyib

Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

Ceyhun Bayramov Ermənistanın hərbi təxribatı barədə Türk Şurasının Baş katibini məlumatlandırıb

Türk Şurası Ermənistanın Azərbaycana qarşı təxribatını qınayıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib

Bakıda Türk Şurası XİN başçılarının iclası başlayıb

Türk Şurasının üzvləri Milli Məclisə seçkilərə hazırlıq işləri ilə maraqlanıblar

Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək

Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

Türk Şurasının 10 illik yubileyini Azərbaycanda qeyd edəcəyik -Ərdoğan

Nazarbayevə Türk Şurasının fəxri sədri statusu verilib

Türk Şurasının heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

Ramil Həsənov: “Gələcəkdə Özbəkistanın Türk Şurasına üzv olmaq üçün addım atacaqlarına ümid edirik"  

“Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib

Türk Şurasının baş katibi Qazaxıstanın medalı ilə təltif olunub

Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib

Bu gün Kiyevdə Türk Şurasının iclası keçirilib

Ramil Həsənov: "Türk Şurası yaxın vaxtlarda BMT yanında müşahidəçi statusu ala bilər"

25 Oktyabr 2020, 23:20 (GMT +4)
Prezident: Qubadlı şəhəri işğalçılardan azad edilib

25 Oktyabr 2020, 18:56 (GMT +4)
Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

25 Oktyabr 2020, 18:51 (GMT +4)
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub

25 Oktyabr 2020, 16:09 (GMT +4)
Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayımlanıb (VİDEO)

25 Oktyabr 2020, 15:50 (GMT +4)
MN: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

25 Oktyabr 2020, 15:10 (GMT +4)
MN: Düşmənin hərbi vəzifəlilərin böyük hissəsi və texnikası məhv edilib

25 Oktyabr 2020, 08:09 (GMT +4)
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66