Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

14 Oktyabr 2019, 10:52 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews.Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. Həmin dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.

SalamNews ƏƏSMN-ə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Məşvərət Şurasının Əsasnaməsinə uyğun olaraq Şuraya sədrlik ev sahibliyi edən tərəfin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, həmsədrlik isə əvvəlki iclasa sədrlik edən və gələcək iclasın sədri olacaq nazirlər tərəfindən həyata keçirilir.

İclasın açılışında qonaqları salamlayan, Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə br mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb.

Sahil Babayev bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfədən, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi.

Nazir Prezident İlham Əliyevin fərmanları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb. O bildirib ki, yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir. 9 may 2019-cu ildə ilk DOST Mərkəzinin açılışı olub. 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır.

Sahil Babayev ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər. “Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir.

İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.

“Pensiyaçının dostu” proqramı barədə məlumat verən nazir 1 yanvar 2019-cu ildə ölkədə ilk elektron pensiya təyinatı başlanıldığını və bu günə qədər 14 mindən çox insana e-qaydada pensiya təyin edildiyini deyib. Vurğulayıb ki, nazirliyin elektron informasiya sistemləri aparıcı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bellə ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına, sosial yardım (VEMTAS) və əlilliyin qiymətləndirilməsi (TSERAS) üzrə e-sistemlər isə Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafatlara layiq görülüb.

Sahil Babayev Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir bildirib ki, görülən tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Nazir ötən müddətdə MDB Məşvərət Şurası çərçivəsində çox işlər görüldüyünü deyib. Bildirib ki, bununla belə, sazişlərin əksəriyyətinin qəbulundan xeyli müddət keçib, xarici şərtlər, sosial-iqtisadi vəziyyət və ən əsası MDB dövlətlərinin hər birinin normativ bazası dəyişib. Buna görə də, ödəniş və əməyin mühafizəsi, işçi qüvvəsinin yerdəyişməsi və keyfiyyətinin artırılması, inklüziv məşğulluq, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, digər müvafiq mövzularda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərini nəzərdən keçirmək lazımdır.
Sahil Babayev bu görüşün MDB ölkələrinin sosial rifahının artması naminə Məşvərət Şurasının inkişafına yeni təkan verəcəynə əminliyini bildirib.

İclasın açılışında həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının Əmək və Sosial Müdafiəsi nazirinin birinci müavini Loboviç Andrey Valentinoviç çıxış ediblər. İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Daşkənddə toplaşırlar

Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib

Bu gün Bakıda MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası başlayır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Ukrayna Baş nazirinin müavini MDB-ni "uğursuzlar klubu" adlandırıb

Rusiya XİN Ukraynanın MDB-yə olan borcunun miqdarını açıqlayıb

MDB ölkələri oyunları tarixdə ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Qazaxıstanda prezident seçkilərini müşahidə ediblər

MDB ölkələrinin prezidentləri oktyabr ayında Aşqabadda toplaşacaqlar

Azərbaycan MDB PA-nın komissiya iclaslarında təmsil olunacaq

Dörd ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Üç ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı azalıb

MDB ölkələri müdafiə nazirləri Anapada görüşəcəklər

MDB Xarici İşlər Nazirləri Şurasının iclası 5 apreldə Moskvada keçiriləcək

MDB Sərhəd Qoşunları komandanları Daşkənddə bir araya gələcəklər

15 Noyabr 2019, 18:03 (GMT +4)
Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib

15 Noyabr 2019, 17:50 (GMT +4)
ABŞ və Səudiyyə xarici işlər nazirləri İran «təhlükəsi»ni müzakirə ediblər

15 Noyabr 2019, 17:44 (GMT +4)
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

15 Noyabr 2019, 17:30 (GMT +4)
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb

15 Noyabr 2019, 17:21 (GMT +4)
Morales BMT və Papanı Boliviyadakı böhranın həllinə kömək etməyə çağırıb

15 Noyabr 2019, 17:11 (GMT +4)
Zakir Qaralov Abşeronda vətəndaşları qəbul edib

15 Noyabr 2019, 17:10 (GMT +4)
Rusiya hərbi qüvvələri Suriyada ABŞ-ın çıxdığı hava qərargahına yerləşib (VİDEO)

15 Noyabr 2019, 17:04 (GMT +4)
Bəşər Əsəd: Dəməşq kürdlərə Suriyada Türkiyəyə qarşı birgə mübarizə aparmağı təklif edib

15 Noyabr 2019, 16:47 (GMT +4)
“CinemaPlus”da “Ford Ferrariyə qarşı” filmin nümayişi olub

15 Noyabr 2019, 16:47 (GMT +4)
“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

15 Noyabr 2019, 16:39 (GMT +4)
Boris Conson: Rusiyanın Britaniya siyasətinə müdaxiləsinə dair heç bir dəlil yoxdur

15 Noyabr 2019, 16:26 (GMT +4)
Abuzər İbrahimi Türkman: İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi ilə iki qonşu dövlət dost və qardaşa çevrilib

15 Noyabr 2019, 16:18 (GMT +4)
ABŞ Rusiyadan SU-35 təyyarələrinin alınması ilə bağlı Misirə xəbərdarlıq edib

15 Noyabr 2019, 16:14 (GMT +4)
AB sanksiyaları Ankaranın Aralıq dənizindəki planlarına təsir etməyəcək - nazir

15 Noyabr 2019, 16:08 (GMT +4)
Nazirlik: 259 azərbaycanlı gənc xaricdə təhsil alır

15 Noyabr 2019, 16:00 (GMT +4)
Məktəblilərin Dövlət Qoruğuna ekskursiyaları təşkil edlib

15 Noyabr 2019, 15:49 (GMT +4)
AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb

15 Noyabr 2019, 15:39 (GMT +4)
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib

15 Noyabr 2019, 15:36 (GMT +4)
Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

15 Noyabr 2019, 15:29 (GMT +4)
BDU-nun bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

15 Noyabr 2019, 15:20 (GMT +4)
“Azərişıq” ölkə ərazisində elektrik təchizatı şəbəkəsini yenidən qurur

15 Noyabr 2019, 15:14 (GMT +4)
Bakıda ilk dəfə startapları əhatə edən beynəlxalq festival keçiriləcək

15 Noyabr 2019, 15:12 (GMT +4)
Çinli bütün gecə telefonda oynadığı üçün kor olub

15 Noyabr 2019, 14:59 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

15 Noyabr 2019, 14:50 (GMT +4)
İcra başçısı Vuqar Zeynalov şəhid ailəsi ilə görüşüb (FOTO)

15 Noyabr 2019, 14:47 (GMT +4)
Çinlə ticarət həcminin 200 milyard dollara qədər artırılması realdır - Putin

15 Noyabr 2019, 14:18 (GMT +4)
Tramp prezident seçkilərində Baydenə qalib gəlmək üçün Ukraynanın köməyini rədd edib

15 Noyabr 2019, 14:10 (GMT +4)
Pərviz Şahbazov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

15 Noyabr 2019, 14:00 (GMT +4)
Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

15 Noyabr 2019, 13:56 (GMT +4)
Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66