Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:45 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

SalamNews-un məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Birinci vitse-prezident Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Vasim Məmmədəliyev vəfat edib

Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi AMEA-da qeyd olunacaq

BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi qeyd edilib (FOTOLAR)

Akademik Vasim Məmmədəliyevin irsi barədə kitab yazılıb

Akademik Vasim Məmmədəliyev Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülüb

Görkəmli Azərbaycan şərqşünası Vasim Məmmədəliyevin doğum günüdür

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

14 Noyabr 2019, 17:30 (GMT +4)
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub

14 Noyabr 2019, 17:27 (GMT +4)
Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

14 Noyabr 2019, 17:26 (GMT +4)
Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

14 Noyabr 2019, 17:17 (GMT +4)
Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

14 Noyabr 2019, 17:15 (GMT +4)
Türkiyə Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ad günü münasibətilə təbrik edib

14 Noyabr 2019, 17:08 (GMT +4)
Astarada icazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 17:02 (GMT +4)
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

14 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14 Noyabr 2019, 16:47 (GMT +4)
“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:42 (GMT +4)
Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

14 Noyabr 2019, 16:40 (GMT +4)
ABŞ-da azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən var

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1 648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 16:05 (GMT +4)
Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66