Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO14 Oktyabr 2019, 16:49 (GMT +4) Bakı, 14 oktyabr, SalamNews. Türkiyənin Suriyada keçirdiyi əməliyyatın gərginliyi artırma riski var. SalamNews "Haberler"ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bəyan edib.
Stoltenberqin sözlərinə görə, Türkiyənin əməliyyatı bölgədə onsuz da mövcud olan gərginliyi daha da artıra bilər: "Türkiyənin bölgədə soyuqqanlı davranmasını gözləyirəm. Suriyanın şimalına müdaxilə nəticəsində yarana biləcək "humanitar böhranla" bağlı narahatlığımı İstanbul səfərində Türkiyə tərəfinə çatdırdım", Stoltenberq bildirib.
|