Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Yaqut Əliyeva: Milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir

15 Oktyabr 2019, 18:32 (GMT +4)

Bakı, 15 oktyabr, SalamNews. Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, Xəzər rayonu üzrə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də gənclər və ziyalıların iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Novruzov konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşmasında milli-mənəvi və dini dəyərlərimiz mühüm əhəmiyyət kəsb edir, dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir.

RİH rəsmisi bildirib ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Bu özünəməxsusluğun və ideyaların qorunub saxlanılması, gələcək nəsillərə aşınmaya, dəyişikliyə məruz qalmadan ötürülməsi bizim üzərimizə düşən ümdə vəzifələrdəndir. Xüsusilə uşaq və yeniyetmələrin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın, dilimizin, dinimizin təbliğ və təşviq edilməsinin önəmini vurğulayan Vüqar Novruzov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin də vacibliyinə diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Uşaq və yeniyetmələrin mənəvi inkişafında milli-mənəvi dəyərlərin yeri və rolu” mövzusunda çıxış edərək bildirib ki, milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin rolundan, hazırda Prezident İlham Əliyev tərəfindən milli, dini, ideoloji dəyərlərimizə göstərilən dövlət qayğısından bəhs edən Komitə rəsmisi bu siyasətin kökündə xalqımızın mənəvi sərvətlərinin gələcək nəslin tərbiyəsində əsas götürülməsinin vacibliyindən danışıb. O qeyd edib ki, müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq kontekstində tərbiyə edilən uşaq sağlam gələcək deməkdir. Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, Azərbaycanın dövlət rəmzləri milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev “Müasir dövrdə uşaqlarla tərbiyə işinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir. Xalqımızın uzun əsrlərdən bəri yaradıb formalaşdırdığı və nəsillərə ərməğan etdiyi milli-mənəvi dəyərlər - ailə namusu və etikası, soykökünə və torpağa bağlılıq, “Vətən sevgisi imandandır” ideyasına sadiqlik, böyük-kiçiyə hörmət və ehtiram, sözübütövlük, mərdlik, ədalətlilik və sair bu kimi keyfiyyətlər, sözün əsl mənasında, mənəvi sərvətdir. Həmin sərvəti qorumaq, mühafizə etmək və hər kəsin həyat idealına çevirmək vətəndaşlıq borcudur və bu iş məhz uşağın erkən yaş dövründən, məktəbə qədəm basdığı andan başlanmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin baş məsləhətçisi Güney Namazova “Şəxsiyyətin formalaşmasında təhsil, din və dəyərlər üçlüyü” mövzusunda təqdimatla çıxış edərək, yeniyetmələrin tərbiyəsində Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadiqlik, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunun təlqin etməyin vacibliyindən danışıb.

Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışında gələcək nəslin formalaşmasında milli-mənəvi dəyərlərin roluna toxunub. Bildirib ki, gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi aşılanmalıdır. T.Səlimov uşaq və yeniyetmələrin layiqli vətəndaş kimi formalaşması yollarının ölkəmizdə baş verən ictimai-siyasi, sosial hadisələrə, əldə olunan nailiyyətlərə obyektiv münasibətin yaradılması, milli özünüdərk və milli iftixar hissinin, milli düşüncə və milli təfəkkürün formalaşdırılması, milli-mənəvi dəyərlərin, o cümlədən İslam dəyərlərinin, sağlam həyat tərzinin üstün tutulması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması olduğunu qeyd edib.

DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Ailə dəyərləri" sənədli filminin də nümayiş olunduğu konfrans işini müzakirələrlə yekunlaşdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

15 Noyabr 2019, 18:03 (GMT +4)
Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib

15 Noyabr 2019, 17:50 (GMT +4)
ABŞ və Səudiyyə xarici işlər nazirləri İran «təhlükəsi»ni müzakirə ediblər

15 Noyabr 2019, 17:44 (GMT +4)
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

15 Noyabr 2019, 17:30 (GMT +4)
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb

15 Noyabr 2019, 17:21 (GMT +4)
Morales BMT və Papanı Boliviyadakı böhranın həllinə kömək etməyə çağırıb

15 Noyabr 2019, 17:11 (GMT +4)
Zakir Qaralov Abşeronda vətəndaşları qəbul edib

15 Noyabr 2019, 17:10 (GMT +4)
Rusiya hərbi qüvvələri Suriyada ABŞ-ın çıxdığı hava qərargahına yerləşib (VİDEO)

15 Noyabr 2019, 17:04 (GMT +4)
Bəşər Əsəd: Dəməşq kürdlərə Suriyada Türkiyəyə qarşı birgə mübarizə aparmağı təklif edib

15 Noyabr 2019, 16:47 (GMT +4)
“CinemaPlus”da “Ford Ferrariyə qarşı” filmin nümayişi olub

15 Noyabr 2019, 16:47 (GMT +4)
“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

15 Noyabr 2019, 16:39 (GMT +4)
Boris Conson: Rusiyanın Britaniya siyasətinə müdaxiləsinə dair heç bir dəlil yoxdur

15 Noyabr 2019, 16:26 (GMT +4)
Abuzər İbrahimi Türkman: İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi ilə iki qonşu dövlət dost və qardaşa çevrilib

15 Noyabr 2019, 16:18 (GMT +4)
ABŞ Rusiyadan SU-35 təyyarələrinin alınması ilə bağlı Misirə xəbərdarlıq edib

15 Noyabr 2019, 16:14 (GMT +4)
AB sanksiyaları Ankaranın Aralıq dənizindəki planlarına təsir etməyəcək - nazir

15 Noyabr 2019, 16:08 (GMT +4)
Nazirlik: 259 azərbaycanlı gənc xaricdə təhsil alır

15 Noyabr 2019, 16:00 (GMT +4)
Məktəblilərin Dövlət Qoruğuna ekskursiyaları təşkil edlib

15 Noyabr 2019, 15:49 (GMT +4)
AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb

15 Noyabr 2019, 15:39 (GMT +4)
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib

15 Noyabr 2019, 15:36 (GMT +4)
Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

15 Noyabr 2019, 15:29 (GMT +4)
BDU-nun bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

15 Noyabr 2019, 15:20 (GMT +4)
“Azərişıq” ölkə ərazisində elektrik təchizatı şəbəkəsini yenidən qurur

15 Noyabr 2019, 15:14 (GMT +4)
Bakıda ilk dəfə startapları əhatə edən beynəlxalq festival keçiriləcək

15 Noyabr 2019, 15:12 (GMT +4)
Çinli bütün gecə telefonda oynadığı üçün kor olub

15 Noyabr 2019, 14:59 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

15 Noyabr 2019, 14:50 (GMT +4)
İcra başçısı Vuqar Zeynalov şəhid ailəsi ilə görüşüb (FOTO)

15 Noyabr 2019, 14:47 (GMT +4)
Çinlə ticarət həcminin 200 milyard dollara qədər artırılması realdır - Putin

15 Noyabr 2019, 14:18 (GMT +4)
Tramp prezident seçkilərində Baydenə qalib gəlmək üçün Ukraynanın köməyini rədd edib

15 Noyabr 2019, 14:10 (GMT +4)
Pərviz Şahbazov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

15 Noyabr 2019, 14:00 (GMT +4)
Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

15 Noyabr 2019, 13:56 (GMT +4)
Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66