Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:25 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews. “Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə ən yaxşı mütəxəssis hazırlığı bizdə aparılır”.

SalamNewsxəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosenti, logistika və nəqliyyat sahələri üzrə tanınmış mütəxəssis Rauf Məmmədov müsahibəsində bildirib.

Rauf müəllim, bildiyimiz qədər BMU-da bir sıra yeni ixtisaslar yaradılıb. Onların arasında “Logistika və nəqliyyat texnologiyaları” ixtisası da var. Bu, hansı zərurətdən irəli gəlib?

Öncə onu vurğulayım ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika və ticarət sahəsinin təhlilində birinci zəif tərəf kimi logistika sahəsi üzrə ixtisaslı kadr potensialının az olması göstərilir. Prezident cənab İlham Əliyev nəqliyyata və nəqliyyat fəaliyyətində ən mühüm amillərdən biri olan logistikanın inkişafına xüsusi önəm verir. Bu istiqamətdə kadr hazırlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə yaradılmış BMU-ya 2017/2018-ci tədris ilində Azərbaycanda ilk dəfə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə bakalavriat səviyyəsində I kursa tələbə qəbulu olub.

Bu gün logistika ilə bağlı cəmiyyətdə həm informasiya qıtlığı, həm də peşənin özü ilə əlaqədar müxtəlif izahlar var. Ona görə də bu məsələyə aydınlıq gətirməyinizi istərdik, logistika nədir?

Düz qeyd etdiniz ki, logistika ilə bağlı yetərli məlumatandırma yoxdur. Logistikanın müxtəlif izahları var. Diqqətinizə daha çox qəbul olunmuş və anlaşılan izahları çatdırmaq istərdim. Logistika (logistics) - yunan mənşəli söz olub düşünmək, hesablamaq sənəti mənasını bildirir. “Nəqliyyat” termini isə “keçirirəm, daşıyıram, yerini dəyişirəm” mənasını verən latın sözü “transporto” dan əsasını götürüb. Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir. Müasir həyatda logistika tərəqqinin hərəkətverici qüvvəsidir.

Bəs bu gün Azərbaycanın əmək bazarında logistika sahəsi üzrə mütəxəssislərə ehtiyac nə dərəcədədir?

ütün şirkətlərdə logistika ilə məşğul olan mərkəzlər mövcuddur və dünyada logist peşəsi ən yüksək əmək haqqı ödənişi olan peşələrdən biridir. Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki-iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.)  praktiki vərdişlər əldə edir. Bu sahə üzrə mütəxəssislər avtomobil,  hava,  dəniz,  dəmiryolu  nəqliyyatı sistemlərində və istənilən başqa sahələrdə ixtisasına uyğun vəzifələrdə müvəffəqiyyətlə çalışa bilər.

Qeyd edim ki, yaxın perspektivdə Azərbaycan logistik xidmətlər bazarında rəqabət mühitini ilk növbədə nəqliyyat və nəqliyyat-ekspeditor kompaniyaları müəyyən edəcək. Rəqabətin artması yalnız yaxın perspektivdə yeni anbarlaşma, yükləmə-boşaltma, bölüşdürücü-terminal obyektlərinin və geniş tələbat məhsullarının saxlanması, emalı, komplektləşdirilməsi, bölüşdürülməsi və idarə edilməsi üzrə xidmətlər təklifinin artması ilə gözlənilir. Azərbaycan ərazisində dayaq logistik mərkəzlər şəbəkəsinin inkişafı labüddür. Milli biznesdə logistikanın potensialı müasir logistik infrastrukturun yaradılması planında dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək ixtisaslı logistlərin hazırlanması  şərti ilə reallaşa bilər. Yüksək ixtisaslı logistlərə olan tələbatı Azərbaycanda logistik servis bazarının və logistika xidmətləri kompleksinin inkişafı, ölkə ərazisində regional (dayaq) logistik mərkəzlər şəbəkəsinin yaradılması və inkişafı, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin logistik infrastrukturunun inkişafı, logistik idarəetmə bölmələri olan şirkətlərin sayının sürətlə artması, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində anbarlaşma logistikasının intensiv inkişafını zəruri edir.

Söhbətimizin əvvəlində BMU-ya Azərbaycanda ilk dəfə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə bakalavriat səviyyəsində I kursa tələbə qəbulu olduğunu vurğuladınız. Universitetin bu sahə üzrə güclü mütəxəssis hazırlamaq üçün bazası varmı?

Öncə qeyd edim ki, logistika və nəqliyyat sahəsində kadr hazırlığının vacibliyini və respublikanın beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsinin böyük imkanlar yaratdığını nəzərə alaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə BMU-da 2-5 oktyabr 2018-ci il tarixlərində “Azərbaycan Beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər”  Beynəlxalq elmi-praktiki kofransı keçirilib. Bundan başqa, BMU ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Abşeron logistika” mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlanıb. Bu müqavilələr müasir bilik və təcrübənin universitetdə istifadəsi, müəllim və tələbələrin qarşı tərəfin müvafiq fəaliyyətlərinə cəlb edilməsi, beynəlxalq təcrübənin nəzərə alınması, innovativ fəaliyyətlərin birgə həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq münasibətlərini müəyyən edir.

BMU-da artıq 2018/2019-cu və 2019/2020-ci tədris illərində “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbələr qəbul edilib. Bu ixtisasın tələbələri I, II və III kurslarda müvəffəqiyyətlə təhsil alırlar. Tədris prosesində ən müasir informasiya texnologiyaları, müasir elmi-praktiki və texniki ədəbiyyat və digər əyani vasitələr istifadə olunur. Tədrisə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar  cəlb edilib. Müəllimlərdən iki nəfəri 2019-cu ilin iyul ayında beynəlxalq avtomobil yük daşımaları sahəsində tanınmış təşkilat olan IRU Akademiyasının Beynəlxalq sertifikatına layiq görülüblər. Tədris prosesində sırf spesifik fənlərlə yanaşı, logistika və nəqliyyat sahələri üçün çox vacib olan nəqliyyat hüququ, nəqliyyat ekologiyası, nəqliyyatda sığorta, gömrük işi və s. kimi fənlərin öyrədilməsi bu sahələrdə də mütəxəssis kimi formalaşmağa zəmin yaradır. BMU-da bu sahədə yüksək keyfiyyətli mütəxəssis hazırlanması üçün yaxşı maddi-texniki baza, elmi-pedaqoji kadrlar, tədris-metodiki imkanlar, şirkətlərlə əlaqə, xüsusilə beynəlxalq əlaqələr var. Bu sahədə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlər açılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

British Council BMU ilə birgə layihələr həyata keçirəcək

Azercell-in prezidenti BMU-da tələbələrlə görüşüb (FOTO)

Əbülfəs Qarayev BMÜTT İcraiyyə Şurasının 103-cü sessiyasında iştirak edir

Parisdəki terror aktlarının ehtimal edilən təşkilatçısı Avropaya 90 terrorçu ilə daxil olubmuş

20 Noyabr 2019, 09:17 (GMT +4)
İsrail Dəməşqin cənubuna aviazərbələr endirib, ölənlər var (VİDEO)

20 Noyabr 2019, 09:15 (GMT +4)
NATO xarici işlər nazirləri Rusiyanı və "Çinin yüksəlişini" müzakirə edəcəklər

20 Noyabr 2019, 09:07 (GMT +4)
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66