Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:14 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews.Bu ilin doqquz ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 542 min 541 müraciət qeydə alınıb.

DMX-nin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, doqquz ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 60 min 863 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 11 min 61 qərar qəbul edilib.

Qərarlardan 6050-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 4084-ü ölkəni tərk etmə, 1966-sı ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 4616 qərardan 848-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 3768-si isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub. Həmçinin 212 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 100-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 71, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 12 qərar qəbul olunub.

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

DMX 12 şəhər və rayonda yarmarka keçirəcək

DMX: Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 1237 əcnəbi saxlanılıb

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

DMX-nin yeni "919 Çağrı Mərkəzi” istifadəyə verilib

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66