Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dünya Bankı və BVF illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

17 Oktyabr 2019, 13:36 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews.Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib. Toplantıda “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib. O ilk növbədə dövlət başçısının uğurlu siyasəti ilə ölkədə yaradılan monitorinq və qiymətləndirmə institutu, rəqəmsallaşması ilə bağlı xüsusi qeydləri iştirakçıların diqqətə çatdırıb. Həmçinin Vüsal Qasımlı qeyd edib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azranking.az portalı üzərindən dövlət-özəl dialoquna əsaslanan rəqəmsal platforma yaradılıb: “Bütövlükdə islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi kimi mərhələlərinin tam rəqəmsallaşması islahatların kəsilməzliyini, dönməzliyini, inklüzivliyini və sistemliliyini təmin edir. Təsadüfi deyil ki, Doing Business hesabatında 25-ci yeri tutan Azərbaycan yenidən bu ilki hesabatda top 20 islahatçı ölkənin sırasında daxil edilib. Digər tərəfdən isə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan “Hökumətin dəyişikliyə reaksiyası” sub-indikatoru üzrə dünyanın 140 ölkəsi arasında 5-ci, “Hökumətin strateji baxışı” sub-indikatoru üzrə isə 10-cu yerdədir. Bu iki sub-indikator onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlar kifayət qədər həm yerli, həm də qlobal çağırışları, perspektivləri, riskləri nəzərə alaraq sistemli şəkildə təkcə qısa, orta deyil, həm də uzun müddətli dönəmdə hazırlanaraq həyata keçirilir. Aparılan uğurlu islahatlar artıq öz nəticəsini verir və nəticə ondan ibarətdir ki, Azərbaycanın tədiyyə balansında, icmal balansında və hökumətin balansında müsbət saldolar yaranıb, inflyasiya 2,6 faiz təşkil edib, manatın sabitliyi təmin olunub. Azərbaycanın strateji valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 110 faizini təşkil etdiyi halda, xarici borcu onun 17 faizini təşkil edir”.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında bir ölkəyə həsr olunan ayrıca tədbirin keçirilməsi çox nadir hallarda olur. Azərbaycana dair belə bir tədbirin keçirilməsi isə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru həmçinin qeyd edir ki, ayrıca belə bir tədbirin təşkil olunması, həm də Azərbaycan təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinə olan maraqla əlaqədardır. Çünki Azərbaycanda Prezident İlham Əliyevin müəyyən etdiyi islahat kursunun hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi bütün dünya ölkələri tərəfində diqqətlə izlənilir, öyrənilir və nümunə götürülür. Həm də bu təcrübə bir sıra məsələlərin qlobal müzakirəsinin təşkilinə şərait yaradır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə qeyd olunub ki belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və Beynəlxlaq Valyuta Fondunun bu qədər diqqət yetiridiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycan yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

Qeyd edək ki, “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimatın keçirildiyi toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Təqdimat zamanı iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və iqtisadi islahatlara həsr edilən bir sıra materiallar paylanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “Video icmal” təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

İtaliya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi işçi qəbulu elan edib

Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi qaydası təsdiq edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişiklik edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni tədqiqata başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə icraçı direktor təyin edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müstəqil iqtisadçı və sosioloqlar cəlb olunmalıdır - iqtisadçı

Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

12 Dekabr 2019, 10:56 (GMT +4)
Ukrayna tərəfinin danışıqlara yanaşması dəyişib - Zaxarova

12 Dekabr 2019, 10:55 (GMT +4)
Son həftədə ikinci dəfə olaraq Bağdad hava limanı ətrafına raket atılıb

12 Dekabr 2019, 10:52 (GMT +4)
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

12 Dekabr 2019, 10:42 (GMT +4)
Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

12 Dekabr 2019, 10:32 (GMT +4)
Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

12 Dekabr 2019, 10:18 (GMT +4)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2019, 10:17 (GMT +4)
Ankara ABŞ-da Türkiyə əleyhinə sanksiyaların hazırlanmasını pisləyib

12 Dekabr 2019, 10:02 (GMT +4)
ABŞ İranın bir neçə nəqliyyat şirkətinə sanksiya tətbiq edib

12 Dekabr 2019, 10:00 (GMT +4)
Milli Məclisə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb

12 Dekabr 2019, 09:43 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

12 Dekabr 2019, 09:40 (GMT +4)
Nigerdə terror hücumu nəticəsində 70 hərbçi ölüb

12 Dekabr 2019, 09:29 (GMT +4)
İsrail parlamenti özünü buraxıb, ölkədə 1 ilə üçüncü dəfə olaraq seçki keçiriləcək

12 Dekabr 2019, 09:24 (GMT +4)
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

12 Dekabr 2019, 09:12 (GMT +4)
Ərdoğan və Putin Suriyanı müzakirə edib

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66