Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

17 Oktyabr 2019, 15:36 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının Sosial Məsələlər üzrə Komissiyasının dəstəyi, ABC Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə başladılan "Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib.

SalamNews xəbər verir ki, ABC Tədris və İnkişaf Mərkəzinin 8-ci mikrorayondakı filialında baş tutan tədbirdə ictimai fəallar və ayrı-ayrı təşkilatları təmsil edənlər, eləcə də valideynlər aktiv iştirak ediblər. Təşkilatdan verilən məlumata görə, tədbirin budəfəki qonağı mərkəzin Defektoloq- loqopedi Afaq Məmmədova olub. Nitqin ləngiməsinə həsr olunan və valideynlərlə görüş xarakterli olan bu tədbir maraqlı müzakirələr şəraitində keçib. Mövzunun günümüzün əsas uşaq problemlərindən birinə çevrilmiş nitq ləngiməsi ilə bağlı olduğu bu tədbirdə çıxış edən Defektoloq- loqoped Afaq Məmmədova valideynləri maarifləndirib. O bəzi uşaqlarda yaranmış nitq ləngiməsi probleminin əsasən haradan qaynaqlanmasından danışaraq valideynləri bu kimi gələcəkdə ciddi fəsadlara çevrilən məsələlərə ciddi yanaşmasını da tövsiyə edib. O qeyd edib ki, dövrümüzün mənfi vərdişlərindən birinə çevrilmiş planşet və ya telefonlara aludəçilik də bu işdə mənfi rol oynayır. Natiq qeyd edib ki, əsasən də ailələrdə cizgi filminə baxmaq və ya oyunlar oynamaq üçün azyaşlı uşaqların ixtiyarına verilən telefonlar sonda nitq ləngiməsinə və ya nitqdə, beyin, yaddaşda bəzi problemlərin qabarmasına səbəb olur.

O həmçinin valideynlərə verdiyi tövsiyələrdə problemin erkən aşkarlanmasının önəmini də izah edib ki, burada da fəsadların aradan qaldırılması üçün Defektoloq- loqopedlərə də müraciət edilməsinin vacibliyi önə çəkilib. O xüsusən də uşaqların vaxtlarının texnoloji vasitələrlə daha çox keçirməmələrini məsləhət bilib ki, burada da valideynlərə ən ox tövsiyə olunana məsələ cizgi filmlərinə baxmaqdansa ata və ya anaların onlarla daha çox vaxt keçirib canlı şəkildə oyun oynamalarını xüsusi vurğulayıb. Afaq Məmmədova həmçinin qeyd edib ki, uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir, əgər bir uşaq adi bir sözü, “alma”nı deyə bilmirsə onunla məşğul olub təmkinlə izahlı formada izah etmək ətraflı şəkildə ona sözün mahiyyətini izah etmək lazımdır. Natiq digər maraqlı məqamlara da toxunaraq valideynləri bu kimi həssas məsələlərdə daha çox diqqətli olmağa çağırıb. 

Görüşdə valideynlərlə yanaşı aktiv iştirak edən həkim İsa Cahangirov, Ahıllar və Tənhalara Dəstək İctimai Birliyinin rəhbəri Ruhiyyə Məmmədova, Sevinc Vəlizadə və digərləri bu diskussiyalara qatılaraq valideynlərin maariflənmələrinə öz töhfələrini veriblər.
Qeyd edək ki, tədbirdə təşkilatın 7-ci mikrorayonda olan filialında tədris alan fəal uşaqların uğurlu nailiyyətlərinə görə mükafatlandırılıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır

ABC Tədris və İnkişaf Mərkəzi fəaliyyətini genişləndirir

"ABC Tədris və İnkişaf mərkəzi" bir yaşını qeyd edib

20 Noyabr 2019, 09:17 (GMT +4)
İsrail Dəməşqin cənubuna aviazərbələr endirib, ölənlər var (VİDEO)

20 Noyabr 2019, 09:15 (GMT +4)
NATO xarici işlər nazirləri Rusiyanı və "Çinin yüksəlişini" müzakirə edəcəklər

20 Noyabr 2019, 09:07 (GMT +4)
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66