Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

18 Oktyabr 2019, 12:13 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.“2020-ci il yeni generasiya güclərinin yaradılması, eləcə də elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması hədəfinə doğru yolun başlanğıcı ola bilər”.

SalamNews xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

O, bildirib ki, Azərbaycan gələcəkdə 200 milyon kubmetr qaza qənaət edə bilər: “Bu, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ölkəmizin ətraf mühitə atılan istixana qazlarının azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, yeni xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə çoxsaylı iş yerlərinin açılmasına, ən əsası isə təbii qaza qənaət edilməsinə şərait yaradacaq. Təkcə bir faktı qeyd edək ki, bərpa olunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt/s elektrik enerjisi bizə, təxminən, 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Nazirlik bazar münasibətlərinə keçidlə bağlı uzun müddətdir ki, ətraflı təhlillər aparır, xarici ölkələrin təcrübəsi öyrənilir, ekspertlərlə əməkdaşlıq edilir. Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər də hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilib. Bir məqamı vurğulayaq ki, elektrik enerjisi bazarının liberallaşdırılması uzunmüddətli prosesdir, Avropa ölkələrində bu proses əsasən 8-10 il ərzində həyata keçirilib. Ölkəmizdə kifayət qədər ehtiyat istehsal güclərinin, tənzimləyici qurumun, siyasi iradənin olması və kadr potensialının mövcudluğu liberal bazar modelinə keçid üçün imkanlar yaradır. Azərbaycanda islahatlar mərhələliliyi, ardıcıllığı, prosesin dövlət tərəfindən idarə olunması və islahat prosesinə bütün bazar subyektlərinin cəlbini nəzərdə tutur. Azərbaycanda elektrik enerjisi bazarının təşkili Avropa İttifaqının 3-cü Enerji Paketinin prinsip və mexanizmlərinə əsaslanır”.

“Hesab edirik ki, bu tədbirlər elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə, dövlət subsidiyalarının aradan qaldırılmasına, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yarada bilər.

Bu prosesin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyan “Elektroenergetika haqqında” və “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələri mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və razılaşdırma mərhələsindədir.

Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər də artıq yekunlaşdırılıb və müvafiq qurumlara razılaşdırmaq üçün təqdim edilib”,- deyə nazir məqaləsində qeyd edib.

P.Şahbazov əlavə edib ki, enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının layihələrinə baxılmaqdadır: “Qanunun qəbulu ən müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə ölkədə bütün sahələrdə enerjidən səmərəli istifadənin təmin edilməsi üçün addımların atılmasına imkan verəcəkdir. Hazırda Energetika Nazirliyi ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasına başlayıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın bütün sahələrini və ev təsərrüfatlarını əhatə edəcək.

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsinin hazırlanmasına dair tapşırığın icrası istiqamətində də işlər görülür. Bu məqsədlə dövlət qurumları və institutların nümayəndələrindən ibarət ekspert qrupu yaradılıb. Eyni zamanda, layihənin hazırlanmasına bu sahədə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bu prosesdə Avropa İttifaqı ilə əməkdaşlıq edilir və metodologiyanın hazırlanması üzrə lazımi tədbirlər görülür.

Aparılan islahatlar çərçivəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasıdır. Agentliyin fəaliyyəti nəticəsində əvvəlki dövrlərlə müqayisədə enerji təchizatında bir sıra proseslər sadələşdirilib, şəffaflıq və çeviklik təmin edilib, xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin edən addımlar atılıb, müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına xidmət edən qaydalar hazırlanıb. Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcəkdir ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyində qəbul keçirilib

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

İlin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

Bu ilin 6 ayı ərzində Energetika Nazirliyinə 830 müraciət daxil olub

Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Bu il Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə I rübdə 548 müraciət daxil olub

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyində peyk müşahidəsi xidmətlərinin imkanları müzakirə edilib

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66