Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:24 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. "Hər bir xalqın, millətin varlığı, onun gələcək inkişafı bilavasitə olaraq yetşən, formalaşan gəncliyi ilə bağlıdır. Sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da bünövrəsində də fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Bildiyimiz kimi, Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, beynəlxalq aləmdə böyük nüfuz qazanmasında gənclərin rolu danılmazdır".

Bu fikirləri SalamNews-a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı deyib.

 

O bildirib ki, dövlətin inkişaf tarixinə nəzər salsaq görərik ki, onun hər bir asan və çətin mərhələsində gənclərimizin özünəməxsus rol olmuşdur. Sözsüz ki, bütün bunlar dövlətin gənclərə göstərdiyi yüksək diqqət və qayğısından bəhrələnərək uğurlu gənclər siyasətinin formalaşması ilə bağlıdır. Əsasən müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövürlərdə zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər gənclərin cəmiyyətdə önəmli rolunu vurğulayaraq gözəl fikirlər söyləmişdir: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ölkədə aparılan demokratik islahatlara və gənclərin hüquqlarının qorunmasına həmişə yüksək diqqət göstərmişdir. Bütün sahələrdə sistemli və uğurlu islahatlar aparan dövlət başçısı bu proseslərdə gənclərin roluna üstünlük verir. Müxtəlif qurumlarda, dövlət idarələrində, iqtisadi və siyasi sektorlarda gənclərin idarəçiliynə üstünlük verməklə yanaşı onların fəal iştirakını da təmin edir. Son zamanlar ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla yanaşı, eyni zamanda daima axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün də dövlətin idarəçiliyində yeni və müasir düşüncəli gənclərin irəli çəkilməsi alqışlanası və qürur duyulası bir haldır.

"Son günlərdə dövlət başçısının keçirdiyi iclaslarda islahatlar aparmaq, yeni və müasir kadrlarları işə cəlb etmək tapşırığı da bir daha Prezidentin gənclərə göstərdiyi yüksək diqqəti və etimadı idi. Bu tapşırıq cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı gənc qüvvələr üçün bir növ stimul oldu.

Biz də öz növbəmizdə Cənab Prezident İlham Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın yürütdüyü uğurlu gənclər siyasətini bütün qüvvəmizlə dəstəkləyirik və ölkə başçısının bu tapşırığına məmurların və aidiyyatı qurumların əməl edəcəyinə inanırıq", deyə Y.Babanlı vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Professor Yusif Babanlıya böyük etimat göstərilib

Yusif Babanlı: İşini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır

Yusif Babanlı: Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir

Yusif Babanlı: Dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı

Yusif Babanlının yeni kitabı çapdan çıxıb

Ən gənc professor Yusif Babanlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

14 Noyabr 2019, 17:30 (GMT +4)
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub

14 Noyabr 2019, 17:27 (GMT +4)
Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

14 Noyabr 2019, 17:26 (GMT +4)
Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

14 Noyabr 2019, 17:17 (GMT +4)
Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

14 Noyabr 2019, 17:15 (GMT +4)
Türkiyə Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ad günü münasibətilə təbrik edib

14 Noyabr 2019, 17:08 (GMT +4)
Astarada icazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 17:02 (GMT +4)
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

14 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14 Noyabr 2019, 16:47 (GMT +4)
“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:42 (GMT +4)
Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

14 Noyabr 2019, 16:40 (GMT +4)
ABŞ-da azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən var

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1 648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 16:05 (GMT +4)
Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66