Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews.Nobel Oil Services şirkətinin törəməsi olan SOCAR AQŞ Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsi üzrə müqavilə imzalayıb.

SOCAR AQŞ bu layihəni Çinin Camc Engineering və Türkiyənin IC İçtaş İnşaat şirkətləri arasında olan birgə müəssisəsi üçün həyata keçirəcək. Müqaviləyə əsasən SOCAR AQŞ, Duz gölü yeraltı qaz anbarında qazma işlərinin ikinci mərhələsi çərçivəsində hər biri 1,550 metr və ümumi dərinliyi 62,000 metr olan 40 quyu qazacaq.

Layihənin məqsədi Türkiyənin Ankara şəhərindən təqribən 200 km cənubda yerləşən Duz gölü bölgəsindəki duz mağarası sahəsindəki anbar sahəsini genişləndirməkdir. Layihənin həyata keçirilməsi Türkiyənin qaz təchizatı təhlükəsizliyini yaxşılaşdıracaq və enerji təminatında havaya atılan karbon tullantılarının intensivliyini azaldacaq.

“SOCAR AQŞ Azərbaycanda ən mürəkkəb layihələri idarə etməklə yüksək peşəkarlı qazma şirkəti kimi özünə ad qazanmağa müvəffəq olub. Qazma sahəsində geniş təcrübə və yenilikçi bilik və bacarıqları şirkətə mühüm beynəlxalq layihələrdə iştirak etməyə imkan verir” – Nobel Oil Services şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib.

“Azərbaycanın ixracyönümlü siyasətini rəhbər tutaraq SOCAR AQŞ bu əhəmiyyətli layihədə iştirak edəcək və ən müasir texnologiyalardan istifadə etməklə Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək” – deyə o, əlavə edib.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Nobel Oil Services şirkəti SOCAR AQŞ-nın əsas səhmdarıdır


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Nobel Oil Services” Yay Təcrübə Proqramını yekunlaşdırıb

Nobel Oil Services ISO 37001:2016 sertifikatını əldə edib

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlığı üzrə təlim keçirib

“Nobel Oil” və “Wood” şirkətləri Azərbaycanda birgə müəssisə yaradır

Nobel Oil Services və GAMA Industry Inc. birgə müəssisə yaradıb

“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

Nobel Oil Services əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib

"Nobel Oil" şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

"Azərsu", “Biwater” və “Nobel Oil” şirkətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

19 Noyabr 2019, 13:50 (GMT +4)
Brüsseldə səfərdə olan Gürcüstan dini icma rəhbərləri NATO nümayəndələrilə görüş keçiriblər (FOTO)

19 Noyabr 2019, 13:49 (GMT +4)
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

19 Noyabr 2019, 13:32 (GMT +4)
Meksikada üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66