Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün İslam dünyasında hüznlü Ərbəin günüdür

19 Oktyabr 2019, 09:42 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews, B.Samid. Müsəlmanların üçüncü imamı Hüseyn ibni Əlinin şəhid edilməsinn 40-cı günü Ərbəin adlanır. Bu gündə 10 milyondan çox yerli və xarici zəvvar özünü Kərbəla şəhərinə çatdırır. Onlar uzun məsafəni piyada qət edərək, İmam Hüseynin ziyarətinə tələsirlər.

SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə səfər ayının 20-si, yəni bu gün müsəlmanların üçüncü imamı Həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir. Müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlıdır. Kərbəlada şəhidlər sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Dəməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə də sağ qalmışdı.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və "Ərbəin ziyarətnaməsi"ni oxumaq böyük savaba malikdir.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi Ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadət günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İraq milyonlarla insanın qatıldığı Ərbəin mərasiminin təhlükəsiz şəkildə keçirildiyini bildirib

İraq bu il Ərbəin ziyarətinə qatılan zəvvarların sayını açıqlayıb

İmam Hüseynin (ə) məzarı Ərbəin günündə (FOTO)

Kərbəlada Ərbəin mərasimi başlayıb

Bu gün səfər ayının iyirmisi Ərbəin günüdür

Ərbəin günündə İran paytaxtında heç bir yürüş və mərasim keçirilməyəcək

İraqda Ərbəin mərasiminə hazırlıqlar görülür (FOTO)

İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

İran Ərbəin mərasimi üçün İraq sərhədlərinin açılmasını təkzib edib

Bu il İranda Ərbəinlə bağlı yürüş olmayacaq

Xarici zəvvarlar Ərbəin ziyarətinə qatıla bilməyəcəklər – Səfir

İraq xarici zəvvarların bu il Ərbəin mərasiminə qatılmasının mümkün olmadığını bildirib

Bu il Ərbəin ziyarəti olmayacaq – İran prezidenti

Böyük ehtimalla bu il xarici zəvvarlar Ərbəin mərasiminə gedə bilməyəcəklər - Səfir

Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:58 (GMT +4)
Azərbaycanda daha bir özəlləşdirmə hərracı keçirilib

02 Dekabr 2020, 17:51 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

02 Dekabr 2020, 17:44 (GMT +4)
AIIB-in Azərbaycan üzrə alternativ direktoru dəyişib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66