Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 11:14 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews.Ermənistan XİN-i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etdiyini bildirib.

SalamNews xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandıraraq deyib: “Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu.

Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 mart tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik.

“Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib.

Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq.

Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

Siyasi maraqlar naminə tarixin təhrif edilməsi qəbuledilməzdir - Ərdoğan

Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir - Rusiya XİN

Rusiya XİN: Rusiya NATO ilə dialoqun davam etməsinin tərəfdarıdır

XİN: Türkiyə yunanların türklərə qarşı vəhşiliklərini unutmadı

Azərbaycan XİN erməni nazirə cavab verib

Azərbaycanda 10 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib

XİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb

Rusiya XİN Liviyaya onlarla döyüşçünün göndərilməsi iddialarını rədd edib

“Azəriqaz” 4 yaşayış məntəqəsində 840-a yaxın fərdi evə qaz verib

XİN: Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-nin ən böyük investorudur

Rusiya XİN ABŞ-ın qaçaqmalçılıq yolu ilə Suriyadan neft çıxardığını açıqlayıb

Fransa səfiri Türkiyə XİN-ə çağırılıb

Parisin Türkiyə əleyhinə qərarları - Fransanın Suriyadakı uğursuzluğunun göstəricisidir - Türkiyə XİN

Bağdadda aksiyalar zamanı ABŞ səfirliyinin yaxınlığına raket atılıb

XİN: Azərbaycan ABŞ-a nota verəcək

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

14 Noyabr 2019, 17:30 (GMT +4)
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub

14 Noyabr 2019, 17:27 (GMT +4)
Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

14 Noyabr 2019, 17:26 (GMT +4)
Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

14 Noyabr 2019, 17:17 (GMT +4)
Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

14 Noyabr 2019, 17:15 (GMT +4)
Türkiyə Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ad günü münasibətilə təbrik edib

14 Noyabr 2019, 17:08 (GMT +4)
Astarada icazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 17:02 (GMT +4)
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

14 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14 Noyabr 2019, 16:47 (GMT +4)
“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:42 (GMT +4)
Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

14 Noyabr 2019, 16:40 (GMT +4)
ABŞ-da azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən var

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1 648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 16:05 (GMT +4)
Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66