Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:29 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Dövlət Gömrük Komitəsində idxal və ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a verilən məlumata görə, "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş biznes subyektlərinin rəylərinin dinlənilməsi, eyni zamanda idxal və ixrac prosesləri zamanı meydana çıxan problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlərin həyata keçirilməsi, bu sistemin daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması məqsədilə keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti baş idarə rəisləri, 350-dən çox xarici ticarət iştirakçıları iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov dövlət müstəqilliyinin əldə olunması, həmçinin qorunub saxlanılmasında əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ildən-ilə artdığını bildirib. O, həmçinin qeyd edib ki, ölkənin iqtisadiyyatının çoxşaxəli və dayanıqlı əsaslarla tərəqqisi təmin edilir, beynəlxalq təşkilatlarla və digər dövlətlərlə əməkdaşlığı daha da möhkəmlənir.

Eyni zamanda, vurğulanıb ki, Dövlət Gömrük Komitəsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas iştirakçılarından biri kimi dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet hədəflər çərçivəsində gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici investisiyaların ölkə ərazisinə cəlb edilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması, Azərbaycanın ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməkdədir.

İ. Hüseynov onu da əlavə edib ki, gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə bir sıra layihələr həyata keçirilib.

DGK sədrinin birinci müavini xüsusilə "Yaşıl dəhliz" buraxılış sisteminin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, könüllü riayət mədəniyyətinin formalaşması, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sisteminin idxaldakı payı 23, ixracda isə 27 faizdir.

Mövcud sistemin fayda və üstünlüklərindən bəhs edən İ.Hüseynov qeyd edib ki, bu istiqamətdə əsas hədəflərdən başlıcası gömrük orqanları tərəfindən xarici ticarət iştirakçılarına nümunəvi xidmət göstərmək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. DGK sədrinin birinci müavini görüş iştirakçılarına"Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı rəy və təkliflərin qeyd edilməsi üçün sorğu vərəqələrinin paylanıldığını və anonim şəkildə keçirilən sorğuda yer alan rəy və təkliflərin "Yaşıl dəhliz" buraxılış sisteminin daha da təkmilləşdirilməsi proseslərində nəzərə alınacağını bildirib.

Görüşdə "Yaşıl dəhliz" buraxılış sisteminin ümumi nəticələrindən və faydalarından bəhs edilərək, idxal əməliyyatları üzrə 288, ixrac əməliyyatları üzrə 182 xarici ticarət iştirakçısı olmaqla, ümumilikdə 470 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun verildiyi və meydana çıxan problemlərin operativ qaydada aradan qaldırması üçün "Dəstək qrupu"nun və "qaynar xətt"in fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.

Görüşdə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması nəticəsində aparılan xarici iqtisadi fəaliyyətin əsasən qeyri-neft sektorunun payına düşdüyü vurğulanıb. Qeyd edilib ki, bu günədək 5000-dən çox biznes subyektinin nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə səsləndirilən rəy və təkliflər sistemin təkmilləşdirilməsi məqsədi ilə nəzərə alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

12 Noyabr 2019, 10:58 (GMT +4)
Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

12 Noyabr 2019, 10:55 (GMT +4)
Nazarbayev Putin və Zelenskiyə Qazaxıstanda görüşməyi təklif edib

12 Noyabr 2019, 10:47 (GMT +4)
Qalaaltıda yanğın olub

12 Noyabr 2019, 10:32 (GMT +4)
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12 Noyabr 2019, 10:30 (GMT +4)
Çində uşaq bağçasına edilən hücumda 50-dən çox uşaq yaralanıb

12 Noyabr 2019, 10:14 (GMT +4)
İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

12 Noyabr 2019, 10:06 (GMT +4)
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

12 Noyabr 2019, 10:00 (GMT +4)
Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 09:57 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

12 Noyabr 2019, 09:51 (GMT +4)
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

12 Noyabr 2019, 09:47 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

12 Noyabr 2019, 09:27 (GMT +4)
Türkiyə prezidenti ABŞ-a səfər edəcək

12 Noyabr 2019, 09:15 (GMT +4)
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr 2019, 09:08 (GMT +4)
İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib - Ölənlər var (FOTO)

12 Noyabr 2019, 09:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin doğum günü münasibəti ilə bayram tədbirləri keçirlib (FOTOLAR)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

11 Noyabr 2019, 16:12 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

11 Noyabr 2019, 15:58 (GMT +4)
İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

11 Noyabr 2019, 15:48 (GMT +4)
Lavrov: Suriya ordusu ölkə ərazisini mümkün qədər tez tutmalıdır 

11 Noyabr 2019, 15:33 (GMT +4)
Bakıda pambıq daşıyan yük maşını yanıb

11 Noyabr 2019, 15:07 (GMT +4)
"Ağ dəbilqəlilər"in qurucusu İstanbulda ölü tapılıb

11 Noyabr 2019, 15:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

11 Noyabr 2019, 15:00 (GMT +4)
İsrail ilk dəfə olaraq Dubayda Expo-2020 beynəlxalq sərgisinə qatılacaq

11 Noyabr 2019, 14:51 (GMT +4)
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

11 Noyabr 2019, 14:42 (GMT +4)
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019, 14:18 (GMT +4)
Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66