Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:37 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Oktyabrın 20-də saat 06:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan SalamNews-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xocavənd rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd tank əleyhinə TM-62 minası və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-57) aşkar olunara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mina və mərmilərin ətrafında 160 kvadratmetrəraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 20-dək 206 siqnal (əməliyyat çağırışı) əsasında 179 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 898 ədəd partlamamış hərbi sursat (PHS), 28 716 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 162 350 kvadratmetr ərazi yerüstü və 12 727 kvadratmetr ərazi yeraltı yoxlanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ANAMA: Son bir həftədə 93 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

ANAMA: Şuşaya atılmış raket “İskəndər-M” raketidir

ANAMA: Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil

ANAMA: İndiyədək 1731 hektar ərazi tam olaraq minalardan təmizlənib

ANAMA: 17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA-nın sentyabrın 27-dən indiyədək nə qədər mina və PHS aşkarladığı açıqlanıb

ANAMA və BMTİP Azərbaycandakı minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün qüvvələrini birləşdirir

Fransanın Azərbaycan səfiri ANAMA sədri ilə görüşüb

ANAMA-nın Qarabağdakı idarələrinə həkim qəbulu elan edilib

ANAMA: Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirilib

ANAMA: Ermənilər Füzulidə eyni yerdə üç və dörd mina basdırıblar

ANAMA: Gəncədə yaşayış binalarının həyətində əl qumbarası aşkarlanıb

ANAMA: Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlanıb

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya olunub

ANAMA: Goranboy və Qazaxda minaatan mərmisi, qumbaralar aşkarlanıb

ANAMA: Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlanıb

ANAMA: Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

ANAMA: Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlanıb

ANAMA: Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirilib

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

19 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 16:45 (GMT +4)
Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb

19 İyun 2021, 16:40 (GMT +4)
Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

19 İyun 2021, 16:31 (GMT +4)
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

19 İyun 2021, 16:27 (GMT +4)
Putin İran seçkilərinin qalibi İbrahim Rəisini təbrik edib

19 İyun 2021, 16:21 (GMT +4)
Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır"

19 İyun 2021, 16:16 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

19 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

19 İyun 2021, 16:00 (GMT +4)
Yeni Zelandiyada tornado nəticəsində bir nəfər ölüb

19 İyun 2021, 15:45 (GMT +4)
NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

19 İyun 2021, 15:32 (GMT +4)
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 İyun 2021, 15:30 (GMT +4)
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:17 (GMT +4)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

19 İyun 2021, 15:05 (GMT +4)
Peruda avtobus dərəyə aşıb, ölənlər var

19 İyun 2021, 14:50 (GMT +4)
Şirvanda tanışını qətlə yetirən şəxs tutulub

19 İyun 2021, 14:38 (GMT +4)
Bu gün "Qalatasaray"ın yeni prezidenti seçilir

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66