Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:41 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqının (Aİ) sözçüsünün oktyabrın 19-da Bakıda aksiyanın keçirilməsi cəhdi ilə bağlı açıqlamasına dair SalamNews-un sualını cavablandırıb.

Bununla bağlı Leyla Abdullayeva deyib: “Təəssüflə qeyd etmək istərdim ki, Avropa İttifaqının sözçüsü tərəfindən verilən açıqlamada qeyd edilmir ki, bu aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrılmışdı. Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranmışdır. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmamış və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi.

Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir. Aİ sözçüsünə İttifaqın üzv ölkələri ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc və insan ölümü halları barədə, eləcə də bu ölkələrdə artmaqda olan islamofobiya, radikal millətçi, hətta faşist partiyalarının fəaliyyəti haqqında düşünməyi tövsiyə edirik. Qeyd olunan məsələlərlə bağlı Aİ-nin açıqlamalarının verilməsi digər ölkələr tərəfindən İttifaqın fərqli standartlara yol vermədiyinə inamı artıra bilərdi”.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası, digər müvafiq qanunları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik

12 Noyabr 2019, 10:58 (GMT +4)
Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

12 Noyabr 2019, 10:55 (GMT +4)
Nazarbayev Putin və Zelenskiyə Qazaxıstanda görüşməyi təklif edib

12 Noyabr 2019, 10:47 (GMT +4)
Qalaaltıda yanğın olub

12 Noyabr 2019, 10:32 (GMT +4)
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12 Noyabr 2019, 10:30 (GMT +4)
Çində uşaq bağçasına edilən hücumda 50-dən çox uşaq yaralanıb

12 Noyabr 2019, 10:14 (GMT +4)
İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

12 Noyabr 2019, 10:06 (GMT +4)
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

12 Noyabr 2019, 10:00 (GMT +4)
Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 09:57 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

12 Noyabr 2019, 09:51 (GMT +4)
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

12 Noyabr 2019, 09:47 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

12 Noyabr 2019, 09:27 (GMT +4)
Türkiyə prezidenti ABŞ-a səfər edəcək

12 Noyabr 2019, 09:15 (GMT +4)
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr 2019, 09:08 (GMT +4)
İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib - Ölənlər var (FOTO)

12 Noyabr 2019, 09:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin doğum günü münasibəti ilə bayram tədbirləri keçirlib (FOTOLAR)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

11 Noyabr 2019, 16:12 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

11 Noyabr 2019, 15:58 (GMT +4)
İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

11 Noyabr 2019, 15:48 (GMT +4)
Lavrov: Suriya ordusu ölkə ərazisini mümkün qədər tez tutmalıdır 

11 Noyabr 2019, 15:33 (GMT +4)
Bakıda pambıq daşıyan yük maşını yanıb

11 Noyabr 2019, 15:07 (GMT +4)
"Ağ dəbilqəlilər"in qurucusu İstanbulda ölü tapılıb

11 Noyabr 2019, 15:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

11 Noyabr 2019, 15:00 (GMT +4)
İsrail ilk dəfə olaraq Dubayda Expo-2020 beynəlxalq sərgisinə qatılacaq

11 Noyabr 2019, 14:51 (GMT +4)
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

11 Noyabr 2019, 14:42 (GMT +4)
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019, 14:18 (GMT +4)
Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66