Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:59 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews. "İki həftədən artıqdır ki, ölkənin hər yerində - kəndlərdə, rayonlarda, şəhərlərdə böyüklü-kiçikli hamı qürurla Azərbaycan Prezidentinin bu tarixi ifadəsini səsləndirir və artıq bu fikir devizə, hərəkata çevrilməkdədir".

SalamNews xəbər verir ki, bunu YAP Gənclər Birliyinin Şura üzvü Amil Cavadov deyib.

O bildirib ki, ölkə başçısı İlham Əliyevin böyükdən-kiçiyə hər kəsi qürurlandıran bu bəyanatı Azərbaycan gəncliyini də səfərbər edib. Ölkənin aparıcı qüvvəsi sayılan gənclik "Qarabağ Azərbaycandır!” hərəkatının fəal dəstəkçisinə çevriliblər. Görünən odur ki, tezliklə bu hərəkat möhtəşəm sarsılmaz birlik kimi formalaşıb cənab İlham Əliyevin hücum diplomatiyasına, müstəqil və qətiyyətli siyasətinə dəstək verəcək.

Hər zaman Azərbaycan gənclərinin böyük hamisi olan cənab Prezidentin son iki həftə ərzində beynəlxalq toplantılarda səsləndirdiyi bəyanatlar həm səngərdəki əsgərin döyüş ruhunu, qələbə əzmini, həm də ölkə gəncləri arasında həmrəyliyi, milli ruhu daha da yüksəldib.

Bu gün istənilən məclisdə, toplantıda cənab İlham Əliyevin beynəlxalq forum və konfranslarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatları müzakirə mövzusuna çevrilib. Hər kəs birmənalı şəkildə vurğulayır ki, dövlət başçısının "Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı, təkcə işğalçıya deyil, həm də beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmış mesajdır.

Əgər diqqət etsək görərik ki, həm Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, həm MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında, həm də Bakıda reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə səsləndirdiyi fikirləri, bəyanatları ilə Prezident İlham Əliyev Ermənistanın dövlət siyasətinin faşizmə dəstək verən işğalçı, terorrçu siyasət olduğunu dünyaya nümayiş etdirdi.

Öncə cənab Prezident Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən "qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” sərsəm iddiasına "Qarabağ Azərbaycandır və nida işarəsi” fikri ilə tutarlı cavab verdi. Siyasətdə naşı, sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın replikalarına təmkinlə reaksiya verən cənab İlham Əliyev özünün yüksək mədəniyyətə sahib olduğunu Rusiyada bir daha hər kəsə göstərdi. Xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığına sahib olan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı. Bəlkə də N.Paşinyanın özü orada olsaydı belə, etiraz etməyə söz tapmayacaqdı.

Cənab İlham Əliyevin vurduğu tərs şillədən hələ tam ayılmayan Ermənistanın baş naziri cəmi bir həftə sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında daha bir zərbə aldı. Bu dəfə Azərbaycan Prezidenti dünyanın diqqətinə çatdırdı ki, Ermənistan faşizmi dövlət səviyyəsində təbliğ edir. Faşizmə dəstək verən erməniyə abidə ucaldan Ermənistan Azərbaycanla bağlı da faşist siyasəti yürüdür. Ona görə də bu ölkəyə dəstək olmaq faşizmə, nasizmə dəstək olmaqdan başqa bir şey deyil. Bununla da cənab Prezident Azərbaycanın indiyədək apardığı mübarizəni işğalçı dövlətin terror rejiminə qarşı mübarizə kimi qiymətləndirdi. Azərbaycan Prezidentinin söylədiyi fikirlərə N.Paşinyanın seyrçi mövqe nümayiş etdirməsi isə cənab İlham Əliyevin söylədiklərinin həqiqət olduğunu dünyaya nümayiş etdirdi.

Cəmi 4 gün sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə isə Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı siyasətini türk dünyasına bəyan etdi və eyni kök, eyni soydan olan ölkələrə səslənərək bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Prezident İlham Əliyevin bu bəyanatlarını birmənalı şəkildə dəstəkləyən ölkə əhalisinin münaqişənin həllinə əminlik hissini daha da möhkəmləndirdi. Çünki bu mesajlar Azərbaycanın dəyişməz mövqeyinin real təzahürü idi. Hər kəs dövlət başçısı ilə qürur duydu və xalq bir daha əmin oldu ki, cənab Prezidentin işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı qətiyyətli siyasəti dəyişməzdir.

Əlbəttə ki, Prezidentin hər üç qətiyyətli bəyanatı, Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti ifşa edən fikirləri istər ölkədə, istərsə də Azərbaycandan kənarda olan hər bir gənc üçün əsl örnək və nümunədir. Yaşadığı məkandan asılı olmayaraq istənilən gənc ermənilərin saxta iddialarına, təxribat xarakterli bəyanatlarına həmişə cənab Prezident kimi belə kəskin cavablar verməli, onları susdurmalıdır. Azərbaycan gəncliyi dövlət başçısının müdrik xarici siyasətindən nümunə götürməli, erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır.

Əminliklə deyə bilərəm ki, hər zaman Prezident İlham Əliyevin mütərəqqi, qətiyyətli siyasətinə dəstək olan, Azərbaycanın davamlı, dayanıqlı inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri yeni yaranan "Qarabağ Azərbaycandır!” hərəkatının ən fəalları olaraq hərzamankı kimi ön cərgədə irəliləyəcəklər. Prezident İlham Əliyevin ətrafında sıx birləşən YAP gəncləri bu hərəkata öz töhfəsini vermək üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir - Rusiya XİN

Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə videosu yayılıb

Qarabağda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

XİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb

ATƏT rəhbəri MQ həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə edib

Müdafiə naziri:Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır

Paşinyan: Qarabağ nizamlanması ilə bağlı danışıqlarda dinamika var

Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində tutulanlarla bağlı vəziyyət nikbin deyil

Lavrov: ATƏT-in Dağlıq Qarabağla bağlı səylərini dəstəkləyirik

"Qarabağ" yeni rekorda imza atıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Zəngilanın işğalı ilə bağlı bəyanat yayıb

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək

UEFA “Qarabağ”ı cərimələyib

"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

Rusiya XİN Dövlət Duması deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağı xatırlasın - Ərdoğan

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edəcəyik -Ərdoğan

Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66