Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:54 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews.Sabahdan Bakıda Xəzər İnşaat Həftəsinə start verilir.

SalamNews xəbər verir ki, Həftə çərçivəsində sabahdan başlayaraq oktyabrın 25-nə qədər Azərbaycan paytaxtında “BakuBuild 2019” sərgisi keçiriləcək.

Sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfrasında sərginin təşkilatçısı - “Caspian Evebt Organisers” şirkətinin regional meneceri Edvar Stron bildirib ki, bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir: "Regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi doğrulda bilib. “BakuBuild” sərgisinin vacibliyini layiqincə qiymətləndirməmək olmaz. Belə ki, məhz sərgi vasitəsi ilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İştirakçıların bir çoxu artıq uzun illərdir ki, sərgiyə qatılaraq öz tarixini sərginin tarixi ilə bölüşür. Bu il sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır”.

Onun sözlərinə görə, ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir: "Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib".

“Caspian Event Organisers”in layihə rəhbəri Rəşad Qədimov isə bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə "BakuBuild" sərgisində öz stendi ilə iştirak edir: “KOBİA-nın stendində İnşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim edir. Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur”.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi - “Caspian MebelExpo”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi - “Securex Caspian” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçiriləcək.

Xatırladaq ki, “BakuBuild” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Noyabr 2019, 10:58 (GMT +4)
Hirkan milli parkında ilk veloyürüş keçirilib (FOTO)

12 Noyabr 2019, 10:55 (GMT +4)
Nazarbayev Putin və Zelenskiyə Qazaxıstanda görüşməyi təklif edib

12 Noyabr 2019, 10:47 (GMT +4)
Qalaaltıda yanğın olub

12 Noyabr 2019, 10:32 (GMT +4)
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12 Noyabr 2019, 10:30 (GMT +4)
Çində uşaq bağçasına edilən hücumda 50-dən çox uşaq yaralanıb

12 Noyabr 2019, 10:14 (GMT +4)
İsrail Fələstin hərəkatının bir lideri və onun ailəsini terror edib (FOTO)

12 Noyabr 2019, 10:06 (GMT +4)
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

12 Noyabr 2019, 10:00 (GMT +4)
Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 09:57 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməyəcək- Türkiyə XİN

12 Noyabr 2019, 09:51 (GMT +4)
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

12 Noyabr 2019, 09:47 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

12 Noyabr 2019, 09:27 (GMT +4)
Türkiyə prezidenti ABŞ-a səfər edəcək

12 Noyabr 2019, 09:15 (GMT +4)
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr 2019, 09:08 (GMT +4)
İsrail eyni zamanda Dəməşqə və Qəzzaya aviazərbələr endirib - Ölənlər var (FOTO)

12 Noyabr 2019, 09:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin doğum günü münasibəti ilə bayram tədbirləri keçirlib (FOTOLAR)

11 Noyabr 2019, 17:00 (GMT +4)
Müştəri məmnuniyyəti istiqamətində Azercell daha bir yenilik edib

11 Noyabr 2019, 16:52 (GMT +4)
Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

11 Noyabr 2019, 16:45 (GMT +4)
İsrail qüvvələri əl-Xəlildə bir fələstinli gənci qətlə yetiriblər (VİDEO)

11 Noyabr 2019, 16:33 (GMT +4)
Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:21 (GMT +4)
Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib

11 Noyabr 2019, 16:12 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

11 Noyabr 2019, 15:58 (GMT +4)
İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

11 Noyabr 2019, 15:48 (GMT +4)
Lavrov: Suriya ordusu ölkə ərazisini mümkün qədər tez tutmalıdır 

11 Noyabr 2019, 15:33 (GMT +4)
Bakıda pambıq daşıyan yük maşını yanıb

11 Noyabr 2019, 15:07 (GMT +4)
"Ağ dəbilqəlilər"in qurucusu İstanbulda ölü tapılıb

11 Noyabr 2019, 15:01 (GMT +4)
Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

11 Noyabr 2019, 15:00 (GMT +4)
İsrail ilk dəfə olaraq Dubayda Expo-2020 beynəlxalq sərgisinə qatılacaq

11 Noyabr 2019, 14:51 (GMT +4)
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

11 Noyabr 2019, 14:42 (GMT +4)
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019, 14:18 (GMT +4)
Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66