Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN ağac əkən şəxslərə müraciət edib

22 Oktyabr 2019, 11:55 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Bu barədə SalamNews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən məlumat verilib.

Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edib.

O bildirib ki, Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.

Ağacların böyüməsi və qurumaması üçün əkin prosesində diqqət yetirilməli olan hallara gəlincə, R.İbrahimov deyib: "Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməlidir. Əgər ağacın kök boğazı boşalarsa dibi mütləq torpaqla bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır.

Ağaclarda inkişaf başladıqdan sonra onların yaxşı böyüməsi, yüksək məhsuldarlıq əldə olunması üçün mütəmadi qulluq göstərilməlidir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır. Suvarmadan sonra isə ağacların dibləri yumşaldılmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr verilməlidir. Azot gübrələri isə yazda və yazın ilk yarısında verilir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Ermənilər Qubadlıda yaşı 150-300 il olan Şərq çinarlarını məhv ediblər

ETSN: Ermənilərin ekoloji terroru ilə bağlı 31 təşkilata müraciət edilib

ETSN Erməni təcavüzü barədə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edib

ETSN: Ölkədə vəhşi heyvan və quş növlərinin ovu müvəqqəti dayandırılıb

ETSN beynəlxalq təşkilatlara müraciət edib

ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verib

XİN və ETSN birgə bəyanat yayıb

ETSN: Ağacları məhv edən müəssisə cəzalandırılıb

ETSN: İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

ETSN əməkdaşları könüllü qanvermə aksiyasında iştirak edib

ETSN: Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır

ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

ETSN Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama verib

ETSN: Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

ETSN: Qanunsuz qum daşıyanlar cəzalandırılıb

ETSN-ə daxil olan şikayət araşdırılıb

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq

ETSN-də yeni təyinat olub

ETSN: Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib (FOTOLAR)

ETSN: Yazın gəlişi təbiətdə müsbət dəyişikliklərlə müşayiət olunur

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

26 Noyabr 2020, 17:36 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

26 Noyabr 2020, 17:24 (GMT +4)
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

26 Noyabr 2020, 17:10 (GMT +4)
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66