Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda konfrans keçirilib

23 Oktyabr 2019, 13:35 (GMT +4)

Bakı, 23 oktyabr, SalamNews."Din orta əsrlərdə bütün sahələrə təsir göstərsə də, bu gün dünyada bu dərəcədə nüfuza malik deyil. Yəni, din dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir".

SalamNews-un məlumatına görə, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, XXI əsrdə din-cəmiyyət münasibətinə, fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə bu əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır:

"Bu əsrin çağırışları və təhdidləri əvvəlki əsrin çağırışlar və təhdidlərindən fərqlənir. XXI əsrdə informasiya texnologiyalarının inkişafı müəyyən təhdidlər ortaya qoyur. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə gəlib çatır. Dünyada baş verən insan artımı müəyyən problemləri ortaya çıxarır. Bu amil təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır ".

Mübariz Qurbanlı bildirib ki, ailə münasibətlərində də ciddi dəyişikliklər baş verib:

"Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da müəyyən problemlər yaradır. Hazırkı dünyada bütün bu problemlər insanların inanclarına öz təsirini göstərir".

Onun dediyinə görə, xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində dəyişikliklər baş verib:

"Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi getməsi müşahidə edilirdisə, indi bu, özünü göstərmir. Hətta Skandinaviya ölkələrində xristian icmaları kilsələri başqa yerlərə icarəyə verirlər".

Komitə sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə özünü göstərir:

"Azərbaycan Konstitusiyasında vicdan azadlığı təmin edilib. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır ki, dünyəviliyin özü də dövlətin idarəetməsinə təsir göstərir. Azərbaycan Konstitusiyasında dinlər arasında fərq qoyulmur".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, İslamafobiya hazırda ən çox işlənən sözlərdən biridir:

"Bu sözün süni şəkildə ortaya gətirilməsi belə bir şeyin mövcudluğunu şüuraltı yaddaşımıza ötürür".

O bildirib ki, Avropa siyasətinin bugünkü simasını din təyin edir:

"Çünki Avropada hakim partiyaların böyük əksəriyyətini mühafizəkarlar, xristian demokratlar və s. təşkil edir. XXI əsrdə din yenə də mühüm rol oynayan komponentlərdən biridir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət yeni bir model təqdim etməyi bacarıb. Ölkəmizdə tolerantlıq və multikulturalizm mövcuddur. Azərbaycanda din dövlətdən ayrıdır, amma dövlət dindən ayrı deyil. Çünki dövləti təşkil edən, idarə edən hər bir azərbaycanlı din daşıyıcısıdır və davranışlarında, aldığı siyasi qərarlarda mütləq milli, sosial kimliyi ilə bərabər, həm də dini kimliyinə istinad edir. Bu komponentlər Azərbaycanda din, cəmiyyət və dövlət üçbucağında ideal bir model yaradıb".

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov İslamın əsas prinsipləri barədə məlumat verərək bildirib ki, İslamda məcburiyyət yoxdur:

"Bir cəmiyyət özünü demokratik, hüquqi cəmiyyət elan edirsə, orada məcburiyyətə yol verilməməlidir. Eyni zamanda, İslamda digər səmavi dinlərə çox böyük hörmətlə yanaşılır".

Onun sözlərinə görə, dövlətin dünyəvi və dinin dövlətdən ayrı olması bəndi yalnız 5 ölkənin Konstitusiyasında mövcuddur. O ölkələrdən biri də Azərbaycandır.

Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə bildirib ki, din inanclarla bağlı olan məsələdir:

"İnanc elə bir şeydir ki, fərdin özünə aiddir və kütləvi ola bilməz. Din siyasiləşdiriləndə, vasitəyə çevriləndə burada hüquq ortaya çıxmalıdır. Çünki din cəmiyyətə, dövlətə, ictimai münasibətlərə təsir göstərir. Bu münasibətlər qarşılıqlıdır, dövlət və cəmiyyət də dinə təsir göstərir. İctimai münasibətlər, cəmiyyətlər inkişaf etdikcə dini baxış da inkişaf edir. Azərbaycanda bütün dinlərdən olan nümayəndələr eyni masa arxasında oturur. Buna görə də Prezident İlham Əliyev mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq təşəbbüslərini irəli sürür. Bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən kifayət qədər müsbət qarşılanır".

Qeyd edək ki, konfrans dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, dinin cəmiyyət həyatında, mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələrlə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlının yeni kitabı nəşr olunub

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı : Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

Mübariz Qurbanlı ABŞ-a gedib

Mübariz Qurbanlı: Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır

Mübariz Qurbanlı: Dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Mübariz Qurbanlı: İnsanların din adı ilə bir-birini qırması cəhalətin nəticəsidir

1000-dən çox dini xadimə maddi dəstək verilir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı yeni vəzifəyə seçilib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mindən çox din xadiminə hər ay maddi dəstək göstərilir- Mübariz Qurbanlı

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı İmişlidə vətəndaşların müraciətini dinləyib

Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı: Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar

Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66