Tramp Türkiyə əleyhinə sanksiyaları ləğv edib24 Oktyabr 2019, 09:15 (GMT +4) Bakı, 24 oktyabr, SalamNews. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Silahlı Qüvvələrinin "Barış Pınarı" antiterror əməliyyatı ilə əlaqədar Ankaraya tətbiq olunan sanksiyaların ləğv edilməsinə dair təlimat verib.
"Maliyyə Nazirliyinə Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv etməsini tapşırdım", o deyib.
SalamNews "Anadolu"ya istinadla verdiyi xəbərə görə, Ağ Ev rəhbəri qeyd edib ki, razılaşmadan sonra Türkiyə "Barış Pınarı" əməliyyatını dayandırıb.
ABŞ prezidenti Suriya-Türkiyə sərhədində atəşkəsin hörmətlə qarşılandığını və bərqərar edildiyini vurğulayıb: "20 mil dərinlikdə (təqribən 32 km.) təhlükəsizlik zonası yaradıldı".
|