Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır

24 Oktyabr 2019, 11:40 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews.Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan ötən il olduğu kimi bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb.

SalamNews bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlının şərhini təqdim edir.

N.Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir. “Doing Business 2020” hesabatında Azərbaycan 190 ölkənin arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə birinci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir. “Doing Business 2020” hesabatında Azərbaycanın öncül mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilin mayından bu ilin mayınadək olan dövrdə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən non-stop shop modelinə və reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir”.

“Azərbaycanın “Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklər ilə uyğunlaşdırmaların aparılması öz töhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələr nəticəsində daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümükünlüyünə icazə verilir. Azərbaycan kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 ölkə arasında birincicidir. Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir. Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq “Mülki Məcəlləyə” və “Mülki Prosessual Məcəllə”yə edilən dəyişikliklər ilə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlbetmə, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur”, - deyə analitik qeyd edib.

O əlavə edib ki, müqavilələrin icrası göstəricisi üzrə isə kompleks biznes islahatları çərçivəsində ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatları aparılıb. “Mediasıya haqqında” qanunun qəbulu ilə inzibatçılıq qaydaları qəbul edilıb, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar: “Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi bir prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Bundan başqa, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmsının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişiklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir”.

“Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötüb. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir”, - deyə analitik vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

Azərbaycanın "Doing Business" hesabatında yenidən irəliləməsi gözlənilir

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi müzakirə edilib

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Azərbaycan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyib

"Doing Business 2017” hesabatında Azərbaycan 29 ölkədən biri olub

Bakıda “Doing Business” hesabatının metodologiyasındakı yeni dəyişikliklərə dair seminar keçirilib

Azərbaycan "Doing Business 2016" hesabatında 17 pillə irəliləyib

Azərbaycan «Doing Business-2015»in hesabatında 32 pillə irəliləyib

“Doing Business 2014"də Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasında qərarlaşıb - Sahib Məmmədov

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66