Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır

24 Oktyabr 2019, 15:49 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews. “Kaspersky” şirkətinin sifarişi ilə Bakıda aparılmış araşdırmanın nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.

SalamNews xəbər verir ki, bu barədə şirkətin mütəxəssisləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi - 2019” çərçivəsində baş tutmuş “Kaspersky Security Day” tədbirindən öncə mətbuat konfransında məlumat veriblər.

Tədbir nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun və “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədovun salamlama nitqi ilə açıq elan edilib.

Mətbuat konfransında nazirliklə yanaşı, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.

“Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir.

Araşdırmanın nəticələrinə əsasən valideynlərin 55%-i sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatlarından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verirlər.

“Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır, çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir.

Bir tərəfdən, paytaxtda yaşayan valideynlər bu potensial risklərdən xəbərdardırlar, buna görə də böyük əksəriyyəti (81%) bu cür postların yalnız dostları tərəfindən görülməsinə icazə verirlər. Lakin maraqlıdır ki, sorğuda iştirak etmiş valideynlərin 62%-i sosial şəbəkələrdə real həyatda tanış olmadıqları insanları dost siyahısına əlavə etdiklərini də etiraf edirlər.

"Valideynlərin narahatlığı anlaşılan və əsaslıdır, çünki övladlarımızı hər cür təhlükədən qorumaq istəyirik, internetdə isə təhlükə həqiqətən kifayət qədərdir. Ancaq valideynlər yalnız nəzarət etməli deyil, həm də övladlarına nümunə olmalıdırlar. Şəbəkədə təhlükəsizlik qaydalarına riayət, fərdi məlumatların mühafizəsinə və onların paylaşılmasına nəzarət, həmçinin, sosial şəbəkələrdə dost siyahısına yalnız şəxsən tanıdığınız insanları əlavə etmək vacibdir.

“Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır", - bunu “Kaspersky Lab” şirkətinin internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Konstantin İqnatyev qeyd edib.

Araşdırma nəticəsində Bakı şəhərində valideynlərin övladlarının internetdə ən çox təhlükəli və ya onlara uyğun olmayan məzmunu görə biləcəklərindən narahat olduqları məlum olub. Bu kateqoriyalara alkoqollu içki və narkotik istifadəsi (respondentlərin 71%-i), zorakılıq (respondentlərin 65%-i) və ya pornoqrafiya (59%-i) aiddir. Lakin “Kaspersky” şirkətinin daxili statistikasına görə, uşaqlar belə saytlara demək olar ki, daxil olmurlar.

Belə ki, 2019-cu ilin üç rübü ərzində paytaxtda yaşayan azyaşlıların yalnız 2%-i böyüklər üçün nəzərdə tutulmuş, 0,7%-i zorakılıq, 0,6%-i alkoqollu içki, tütün və narkotik vasitələrdən bəhs edən veb-saytlara daxil olublar. Uşaqların böyük əksəriyyətinin internetdə maraqlarına qısa videolar, serial və film izləmək, musiqi dinləmək və sosial şəbəkələrdə ünsiyyət qurmaq daxildir. “Kaspersky”nin məlumatına görə, bu ilin üç rübü ərzində uşaqların 45%-i multimediya məzmunlu saytlardan, 28%-i isə sosial şəbəkələr və mesencerlərdən istifadə ediblər.

Valideynlərə sadalanan problemlərin anlaşılmasında, həmçinin, uşaqların zərərli məzmundan və digər internet təhlükələrindən qorunmasında “Kaspersky Safe Kids” həlli ilə yardım etmək olar. “Kaspersky”nin bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və məhdudlaşdırır, zərərli məzmunu filtrdən keçirir və potensial təhlükəli kənar şəxslərlə onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın davranışından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin real vaxt rejimində onun yerini də öyrənə bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib

“Kaspersky Lab” rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

Kaspersky Lab “Windows”un zəif nöqtəsini tapıb

“Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirib

Kaspersky Lab: Dünyada 1 milyondan çox istifadəçi təhlükə altındadır

Kaspersky Lab: Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

“Kaspersky Lab” şifrə ilə vacib sənədləri qorumağa imkan verən yeni proqram hazırlayıb

Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur

“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda ən populyar sosial şəbəkələri müəyyənləşdirib

“Kaspersky Lab”: kibercinayətkarlar bankomatları zərərverici proqram təminatı olmadan qarət etməyi öyrəniblər

“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb

“Kaspersky Lab” Azərbaycan istifadəçiləri ilə bağlı mühüm məlumatları açıqlayıb

“Kaspersky Lab” iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

Kaspersky Lab: Azərbaycanın korporativ sektoru kiberhücumlardan daha yaxşı qorunub

“Kaspersky Lab” şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

“Kaspersky Lab” mobil bank troyanların kəskin artmasını aşkar edib

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66