Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda kredit yarmarkaları keçiriləcək

25 Oktyabr 2019, 11:51 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews.Prezident İlham Əliyevin oktyabrın 15-də yanında keçirilmiş iqtisadi müşavirədə bank sektoru ilə bağlı verdiyi tapşırıqların icrası məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.

SalamNews bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclası giriş sözü ilə qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov açıb. O, ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib və qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının dərc etdiyi hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 34-cü yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” Beynəlxalq Reytinq Agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit "Ba2" səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Bildirilib ki, oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan "Fitch" Beynəlxalq Reytinq Agentliyi tərəfindən də təsdiqlənib və "BB+ reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi III rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.

Buna baxmayaraq, dövlət başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keçmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə o da qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.

Daha sonra, iclasda ABA-nın və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı prezidentin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Palata ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artmı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv olub

Maliyyə Bazarlarına Nəzarət Palatası: "Forma 4" elektron olaraq təqdim ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankı ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunda dəyişiklik edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiq edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası İqtisadiyyat Nazirliyi ilə birgə təlim keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri ABŞ-da səfərdə olublar

Sığortaçıların yeni təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib

Maliyyə Bazarlarına Nəzarət Palatası xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib

Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritəsi ilə bağlı növbəti iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa” ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi təyin olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası müsabiqə elan edib

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

24 Yanvar 2020, 15:37 (GMT +4)
AzTU-da müdir təyinatı olub

24 Yanvar 2020, 15:36 (GMT +4)
Peskov: Putin və Zelenski istənilən vaxt görüş təşkil edə bilər

24 Yanvar 2020, 15:30 (GMT +4)
Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

24 Yanvar 2020, 15:05 (GMT +4)
Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

24 Yanvar 2020, 15:00 (GMT +4)
“Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var

24 Yanvar 2020, 14:51 (GMT +4)
Səudiyyənin Ümumdünya İslam Liqasının sədri Holokost qurbanlarına namaz qılıb (VİDEO)

24 Yanvar 2020, 14:43 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

24 Yanvar 2020, 14:32 (GMT +4)
AK və AB Şurasının rəhbərləri Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı saziş imzalayıblar

24 Yanvar 2020, 14:18 (GMT +4)
ADRA 2020-ci ildə bir sıra yeniliklər tədbiq edəcək

24 Yanvar 2020, 14:12 (GMT +4)
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib

24 Yanvar 2020, 14:00 (GMT +4)
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 13:58 (GMT +4)
Türkiyədə keçmiş baş qərərgah rəisi ömürlük həbs cəzasına məhkum edilib

24 Yanvar 2020, 13:51 (GMT +4)
Putin Medinski və Oreşkini özünə köməkçi təyin edib

24 Yanvar 2020, 13:37 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

24 Yanvar 2020, 13:35 (GMT +4)
Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

24 Yanvar 2020, 13:19 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

24 Yanvar 2020, 13:18 (GMT +4)
Türkiyədə çevriliş cəhdinə görə 40 polis saxlanılıb

24 Yanvar 2020, 13:01 (GMT +4)
Dövlət Gömrük Komitəsinin Akademiyasını 8 yaşını qeyd edir

24 Yanvar 2020, 12:53 (GMT +4)
ABŞ dövlət katibi fevralın 1-2-də Qazaxıstana səfər etməyi planlaşdırır

24 Yanvar 2020, 12:40 (GMT +4)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

24 Yanvar 2020, 12:33 (GMT +4)
ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

24 Yanvar 2020, 12:28 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

24 Yanvar 2020, 12:22 (GMT +4)
ABŞ yeni viza məhdudiyyətlərini tətbiq edir

24 Yanvar 2020, 12:17 (GMT +4)
Tramp beş gün ərzində Fələstinlə bağlı planını açıqlayacağını bildirib

24 Yanvar 2020, 12:10 (GMT +4)
XİN: Ermənistan Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, özünün işğalçılıq siyasətini etiraf etməlidir

24 Yanvar 2020, 11:56 (GMT +4)
Çində yeni vurusa görə 10 şəhərlə nəqliyyat əlaqəsi dayandırılıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66