Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Monitoring.az” portalının təqdimatı keçirilib

25 Oktyabr 2019, 14:27 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP şirkəti ilə birgə hazırladığı yeni “monitoring.az” portalının təqdimat mərasimi keçirilib. Portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.

SalamNews xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökümət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir. V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: “Monitoring.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Böyük Verilənlər (Big Data) bazası yaratmağa imkan yaradır.

Digər tərəfdən Azranking.az portalı isə Verilənlər Bazasından istifadə etməklə islahatların generasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. Gələcəkdə Monitorinq.az və Azranking.az portalları arasında funksional əlaqə “müdrik çevrə” yaradacaq. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın özünəməxsus iqtisadi islahatların idarəedilməsi modeli yaradılmışdır. Monitoring.az portalı İİTKM-in monitorinq institutu kimi qiymətləndirmə, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də sürətlənməsinə müsbət təsir göstərəcək.”

Daha sonra BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli İİTKM-in BP ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsinin uğurla başa çatmasından məmnunluq ifadə edib: “BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.”

Qeyd edək ki, elektron portalın fəaliyyətə başlaması ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaqdır. Belə idarəetmə ilk növbədə ədalətli təmsilçiliyə, bürokratik prosedurların azalmasına, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir. Belə bir portalın istismara verilməsi elektron platforma vasitəsilə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, məlumat mübadiləsinə sərf olunan vaxtın maksimum azaldılmasına şərait yaradacaqdır. Digər tərəfdən, bu ölkəyə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində və islahatların aparılması prosesində fəal iştiraka cəlb olunması kimi məsələlərdə də əlavə stimullar yaradacaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikləri Yusif Səfərov və Ayaz Museyibov monitorinq və qiymətləndirmə üzrə proqram təminatına dair təqdimatla çıxış etdilər. Bildirilib ki, portal monitorinq və qiymətləndirmə prosesini institusionallaşdırır, islahat proseslərini rəqəmsallaşdırır, koordinasiya və kommunikasiyanın effektivliyini artırır, hesabatlılıq, şəffaflıq və səmərəliliyi yüksəldir. Əlavə olunub ki, Portal icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini tam əhatə edir. Monitoring.az portalının fəaliyyət mexanizminə uyğun olaraq əlaqələndirici, icraçı qurumların, monitorinq qrupunun funksionallıqları barədə iştirakçılara geniş məlumatlar təqdim olunub. İİTKM-in analitikləri qeyd ediblər ki, portaldan istifadə nəticəsində məlumat mübadiləsinə sərf olunan vaxt azalacaq, real vaxt rejimində hesabatlılıq, performans analizi imkanları yaranacaq, monitorinq və qiymətləndirmə prosesinin keyfiyyəti yüksələcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri qarşıdakı müddət ərzində proqram təminatı ilə bağlı dövlət qurumları ilə görüşlərin və təlimlərin keçiriləcəyini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66